Bədii gimnastika Azərbaycanda fəal inkişaf edir
Tarix: 11.10.2019 | Saat: 08:55:00 | E-mail | Çapa göndər


Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi və bədii gimnastika üzrə bölgələrarası altıncı Kubokun yarışlarında idmançılar həqiqi rəqabət təcrübəsi əldə edirlər.
Bunu Trend-ə "Zirvə İnternational" bədii gimnastika üzrə klubun məşqçisi Rafiqə Əliyeva deyib.
Onun sözlərinə görə, bu yarışlar hər bir gimnast üçün çox vacibdir, çünki bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva qızları seçir və sonradan gimnastların milliyə daxil olmaq şansı var:
"Yarışlar Azərbaycan gimnastlarının səviyyəsinin necə böyüdüyünü əyani şəkildə göstərir".
R.Əliyeva qeyd edib ki, Azərbaycanda bədii gimnastika fəal şəkildə inkişaf edir:
"Hər il bu idman növünə daha çox uşaq gəlir. Ailədə böyüyən qızları olan hər kəsə onlara bədii gimnastika dərslərinin verilməsini məsləhət görürəm - bu, fiziki inkişafı təmin edir".
Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.
Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
“Spartak“da 34 yaşlı məşqçi
15.10.2019
Fransa - Türkiyə matçının ləğvi tələb edilmışdi
15.10.2019
Ukrayna AVRO-2020-yə yüksəlib, Türkiyə Parisdə xal qazanıb
14.10.2019
Tofiq Musayevdən Yaponiyada möhtəşəm qələbə
14.10.2019
Hakim oyundan sonra dedi ki, qolunuzu saymadığımıza görə üzr istəyirik“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info