Moskva vilayətində ötən ay 22 bazar ləğv olunub
Tarix: 02.09.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Avqust ayı ərzində Moskva vilayətində 22 bazarın fəaliyyəti dayandırılıb. Rusiya polisi tərəfindən avqustun 12-dən 28-dək keçirilən “təmizləmə” əməliyyatları nəticəsində Moskva vilayətinin Balaşixa, Solneçnoqorski, Odinçovski, Puşkinski, Serpuxovskiy, Mıtişinski və Şyolkovski rayonlarında, Koroleve və Elektrostali şəhərlərində yerləşən bazarların fəaliyyəti dayandırılıb.
Bazarlarda çalışan 1000 nəfərdən çox əmək mühaciri saxlanılaraq barələrində inzibati qaydada cərimə və ya ölkədən çıxarılma qərarı çıxarılıb. Bundan başqa Rusiya polisi Moskva vilayətinin şimal-şərqində Müdafiə Nazirliyinə məxsus hərbi şəhərcikdə pərakəndə və topdansatış bazarı aşkarlayıb. Polisin keçirdiyi əməliyyat nəticəsində Şyolkovski rayonu, Noqinsk-9 hərbi şəhərciyinin ərazisində yerləşən bazar hüquq-mühafizə orqanları tərəfindən bağlanıb. Məlum olub ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 45-ci kosmik qoşunlarına məxsus hərbi şəhərciyin ərazisi özbaşına zəbt olunub. Faktla bağlı Rusiya Daxili İşlər Nazirliyində cinayət işi açılıb, araşdırma aparılır. Moskva vilayətində ləğv olunan bazarlarda xeyli sayda azərbaycanlılar fəaliyyət göstərib. Qeyd edək ki, Rusiya polisi “təmizləmə” əməliyyatlarına iyulun 27-də Moskvanın “Matveevski” bazarında Dağıstan vətəndaşlarının polis nəfərinə hücum edərək ona ağır xəsarət yetirməsindən sonra başlayıb.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info