Bağdad yaxınlığında toqquşmalarda 47 nəfər ölüb
Tarix: 02.09.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


İraqın “Əşrəf” qaçqın düşərgəsində toqquşmalar nəticəsində ən azı 47 nəfər ölüb. Bu rəqəmi BMT açıqlayıb. Düşərgədə partlayışlar və silahlı toqquşmalar olub.
Düşərgəyə 5 minaatandan atəş açıldığı bildirilir. İraq rəsmiləri düşərgə ərazisində neft məhsulları ilə dolu konteynerin partladıldığını bildiriblər. İraq tərəfi “Əşrəf” qaçqın düşərgəsində iğtişaşların yerli sakinlərin ordu postunu ələ keçirmək istəməsindən sonra başladığını qeyd edir. Daha sonra hərbçilər qaçqınlara atəş açıblar. Hüquq-mühafizə orqanları 19 nəfərin öldüyü, 52 nəfərin yaralandığı, 38 nəfərin həbs olunduğunu bildirir. Həkimlər toqquşmalarda iki polisin öldüyü, üç nəfərin yaralandığı barədə məlumat yayıblar. İran Xalq Mücahidləri təşkilatı düşərgədəki dinc sakinlərə hücuma görə İraq təhlükəsizlik qüvvələrini ittiham edib. İXM düşərgədə məskunlaşan qurum üzvlərindən 52 nəfərin öldüyünü bildirir. İraq baş nazirinin müşaviri Nuri əl-Maliki təhlükəsizlik qüvvələrinə qarşı ittihamları əsassız adlandırıb və baş verən hadisələrin təhqiqatının aparılmasını tələb edib. “Əşrəf” düşərgəsi Bağdaddan 60 kilometr şimalda yerləşir. Düşərgədə məskunlaşan iranlı müxaliflərin böyük əksəriyyəti 2012-ci ildə Bağdad yaxınlığındakı ABŞ hərbi bazasının ərazisinə köçürülüb, 100-dək müxalif isə düşərgənin bağlanmasına etiraz edərək özlərinə məxsus əmlakı qorumaq üçün “Əşrəf”də qalıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info