Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
Tarix: 11.10.2019 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Qolos Armeni”: “İnqilabdan sonra ölkədə vəziyyətin kəskin yox, heç olmasa müəyyən qədər müsbət istiqamətdə dəyişməsi istiqamətində hər hansı addım atılmayıb”

Bu yaxınlarda Dünya İqtisadi Forumunun analitik qrupu dünya ölkələrinin qlobal rəqabət reytinqini açıqlayıb. 2019-cu il üçün hazırlanan reytinq siyahısında 141 ölkə arasında Ermənistan 69-cu yeri tutub.
Gürcüstanın 74, Ukraynanın isə 85-ci yeri tutduqlarıni qeyd edən “Qolos Armeni” saytı Nikol Paşinyanın şəxsi «Facebook» səhifəsində «görünməmiş uğur»a fəxrlə reaksiya verdiyini yazıb. Daha maraqlısı, saytın reytinq cədvəlində Ermənistanın «uğurunu tam qiymətləndirmək üçün araşdırmanın əsasını qoyan» bəzi parametrləri sadalamasıdır. Ölkələr üzrə qiymətləndirmə, əsasən 12 parametrlə aparılıb. Buraya «qurumların keyfiyyəti», «infrastruktur», «makroiqtisadi sabitlik», «səhiyyə və ibtidai təhsil», «maliyyə bazarının inkişafı», «əmək bazarının səmərəliliyi» və s. daxil edilib. İlk olaraq, «qurumların keyfiyyəti» parametrinə diqqət çəkən sayt Paşinyanın bir müddət bundan əvvəl bədbin şəkildə ölkəsinin hələ də «institusional bir apopleksiya vəziyyətində» olduğunu xatırladır. Paşinyan bunu Ermənistanda 2014-cü ildən bəri gizli saxlanılan hansısa hesabatı oxuduqdan sonra bəyan etmişdi. Sayt yazır: “Maraqlıdır, Ermənistanın dövlət qurumlarını iflic vəziyyətdə, institusional baxımdan isə uğursuz olduğunun qeyd edildiyi sənədlə tanış olan baş nazir bu istiqamətdə hansısa bir addım atmağa çalışıbmı?”.
Sayt məhz bu mövqedən çıxış edərək, inqilabdan sonra vəziyyətin kəskin yox, heç olmasa müəyyən qədər müsbət istiqamətdə dəyişməsi istiqamətində hər hansı bir addımın atılmadığını bildirir. Sayt daha sonra yazır: “Sual olunur - bu gün dövlət qurumlarının səmərəliliyini artırmaq istiqamətində hər hansı səmərəli iş aparılıbmı? Təbii ki, yox! Bu gün Ermənistanda yerli İcra Hakimiyyəti başçılarının əksəriyyəti dövlət qurumlarının iflic vəziyyətində olduqlarını etiraf etmək məcburiyyətindədirlər. Əslində, onlar haqlıdırlar. Çünki bu sahələrdə hələ ki, heç bir dəyişiklik baş verməyib və səlahiyyətlilər tərəfində buna heç cəhd də edilməyib”. Sayt digər - «əmək bazarının səmərəliliyi» parametrinə diqqət çəkərək yenə Nikolun bir müddət bundan əvvəl ölkədə böyük «sıçrayışla birinci ay 50, ikinci ay isə 60 min iş yeri»nin açılması barədə bəyanatını xatırladaraq, bunun analitik qrup tərəfindən nəzərə alındığını bildirir. Sayt analitik qrupun Ermənistanla bağlı araşdırmalarında ötən illə müqayisədə bu il cəmi bir pillə irəlilədiyini diqqətə çatdırsa da, baş nazirin bunları inqilabdan sonrakı «çiçəklənmə», «fantastik uğurlar», bütün mümkün və qeyri-mümkün sahələrdə “davamlı” və “görünməmiş” bir tərəqqi kimi təqdim etməsinə təəccüb nümayiş etdirir. Belə görünür ki, sovetlər dövründə mövcud olan «pripiska» indi Nikol tərəfindən Ermənistanda yenidən təşəkkül tapmaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”
02.12.2019
Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info