Putin: “Ölkələrə hərbi müdaxilə sabitlik və demokratiya gətirmir”
Tarix: 02.09.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


“The Washington Times”: “Rusiya Suriyada kimyəvi silahdan istifadə olunmasına dair ABŞ-ın sübutlarını inandırıcı saymır”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada kimyəvi silahdan istifadə olunmasına dair Vaşinqtonun təqdim etdiyi sübutları inandırıcı saymayıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, S.Lavrov deyib ki, təqdim olunan sənədlərdə konkret heç nə yoxdur - nə coğrafi koordinatlar, nə adlar, nə də kimyəvi nümunələrin peşəkarlar tərəfindən götürüldüyü haqda sübutlar.
Nazir bildirib ki, ABŞ tərəfi məxfiliyə əsaslanaraq daha detallı sübutlar təqdim etməkdən imtina edib. S.Lavrov Böyük Britaniya və Fransanın BMT baş katibinə təzyiq göstərdiklərini də söyləyib. O qeyd edib ki, 2013-ü ilin martında Suriya hökuməti BMT-dən Hələbə müşahidəçilər göndərilməsini istəyib. Belə ki, orada kimyəvi silah tətbiqinə bənzəyən insident baş verib. Pan Gi Mun əvvəlcə buna razılıq versə də, sonradan Britaniya və Fransanın təzyiqi nəticəsində fikrindən daşınıb. Lavrov deyib ki, Suriya müxalifətinin Cenevrə-2 konfransına qatılmaqdan başqa alternativi yoxdur. O bildirib ki, ABŞ və müttəfiqləri Suriyaya hərbi müdaxilə etsələr belə, müxalifətin Cenevrədə keçiriləcək beynəlxalq konfransa qatılmaqdan başqa alternativi yoxdur: “Əlbəttə ki, amerikalı həmkarlarımızın ortaq təşəbbüsümüzlə gerçəkləşdirilən konfransa yetərincə təşviqat aparmadıqları üçün təəssüflənirik. Kimyəvi silah tətbiq etdiyi iddiaları ilə Suriya rejiminə qarşı silahlı gücdən istifadə olunsa da, müxalifətin bir neçə alternativi olduğu qənaətində deyiləm”. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də ABŞ-ın mövqeyini tənqid edən bəyanatla çıxış edib. Bu haqda məlumat verən «The Washington Times» qəzetinin müxbiri Uill İnqland yazır ki, Putin Suriya rəhbərliyinin kimyəvi silahdan istifadəsi ilə bağlı ciddi faktların olmadığını deyib. Əgər belə faktlar varsa, onu dünya ictimaiyyətinə təqdim etmək lazımdır. O qeyd edib ki, kimyəvi silahdan istifadə Suriya rəhbərliyi tərəfindən «axmaqlıq» olardı. Putin jurnalistlərə açıqlamasında Obamaya da müraciət edib: «Mən ona ilk növbədə Nobel sülh mükafatı laureatı kimi müraciət edirəm. Bütün bu məsələlərə ciddi qurbanların olacağı raket zərbələri endirməzdən əvvəl baxmaq lazımdır». Rusiya dövlət başçısı İraqda, Əfqanıstanda baş verənləri misal göstərərək deyib ki, ölkələrə hərbi müdaxilə sabitlik, demokratiya gətirmir. Putin deyib ki, Britaniya parlamentinin qəbul etdiyi qərar onu çox təəccübləndirib: «Bu fakt onu göstərir ki, orada belə, rəhbərlikdə sağlam düşüncəli insanlar var». «The Washington Times» qəzeti yazır ki, ABŞ-ın Suriyaya raket zərbələri endirməsi Putinin nə ölkə daxilində, nə də ölkə xaricindəki nüfuzuna mənfi təsir etməyəcək. Əksinə, onun Birləşmiş Ştatlara qarşı olan nifrətini bir qədər də artıracaq: «Obama cümə axşamı Sankt-Peterburqa gələcək, cümə günü qayıdacaq. Görüşlərin əsas mövzusu iqtisadi məsələlər olacaq. Buna baxmayaraq müzakirələrdə əsas yeri Suriya məsələsi tutacaq. Hələlik Obama ilə Putin arasında şəxsi görüşün keçirilməsi nəzərdə tutulmur. Obama ötən ay da Moskvada Rusiya lideri ilə görüşdən imtina etmişdi».

Bəşər Əsəd: “Bütün müdaxilələrə cavab veriləcək"

ABŞ-ın dövlət katibi Con Kerri Obamanın Suriyaya hərbi müdaxilə edilməsi ilə bağlı Konqresə göndərdiyi layihənin dəstəklənəcəyinə əmin olduğunu bildirib: “Konqresin düzgün qərar verəcəyinə əminəm”. C. Kerri aparılan araşdırmalar nəticəsində Suriyada kimyəvi silahdan istifadə edildiyinin təsdiqləndiyini bildirib: “Kimyəvi qazdan istifadə olunması ilə bağlı əlimizdə sübutlar var”. Suriya prezidenti Bəşər Əsəd isə dövlət televiziyası ilə çıxış edib və ölkəsinin bütün müdaxilələrə cavab verəcəyini deyib: “ABŞ-ın təhdidi Suriyanın prinsiplərini dəyişdirməsinə və terrorçuluğa qarşı mübarizəni dayandırmasına səbəb olmayacaq”.

Suriya müxalifəti ABŞ-ın zərbəsindən dərhal sonra
Dəməşqə irimiqyaslı hücum planlaşdırır

Suriya müxalifəti isə ABŞ-ın gözlənilən zərbəsindən dərhal sonra paytaxt Dəməşqə irimiqyaslı hücuma keçməyi planlaşdırır. “İTAR-TASS”ın xəbərinə görə, bu barədə ərəb mətbuatı müxalifətdəki mənbələrinə istinadən məlumat yayıb. “Suriya müxalifəti və onun hərbi liderləri ABŞ-ın hava zərbəsindən dərhal sonra Dəməşqə irimiqyaslı hücum başlamağı planlaşdırır. Hücumun məqsədi - Dəməşq şəhərini nəzarətə götürmək və prezident Bəşər Əsədin devrilməsidir”- deyə mənbə qeyd edib. Müxalifətin məlumatına görə, silahlı dəstələr Dəməşqin Əl-Kalmun rayonunda və Suriyanın şimalında xeyli silah-sursat toplayaraq ABŞ-ın hücumundan dərhal sonra paytaxta girməyə cəhd edəcək. Suriya Silahlı Qüvvələri isə havadan müdafiə sisteminin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini və hərbi müdaxilə baş verdikdə istənilən növ hava hücumunu dəf etməyə hazır olduğunu bəyan edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info