Yeni yeraltı tunel kompleksi
Tarix: 02.09.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Prezidentin iştirakı ilə Bakı şəhərinin Atatürk prospektində, eləcə də F.Xoyski və Vaqif prospektlərində yeni yeraltı avtomobil tunel kompleksi istifadəyə verilməsi ilə bağlı açılış mərasimi keçirilib.
Bununla paytaxtın «Gənclik» metro stansiyasının ətrafındakı Qələbə meydanı ərazisi və onunla kəsişən yollarda nəqliyyatın intensiv hərəkətinin nizamlanması, tıxacların aradan qaldırılması və işıqforsuz hərəkət rejimi təmin olunur.
Tunel tipli yol qovşaqları vasitəsilə Atatürk və Vaqif prospektləri, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospekti birləşdirilir. Əlavə olaraq Təbriz küçəsindən hərəkət edən avtomobillər meydana girmədən birbaşa tunel vasitəsilə Atatürk prospektinə çıxa biləcək. Həmçinin, avtomobilləri F.Xoyski prospektinə qısa döngələrlə istiqamətləndirmək də mümkündür. Qələbə meydanı ərazisində hərəkət intensivliyindəki yaranan gərginlik və tıxac problemi tamamilə həll olunub. Qeyd edək ki, paytaxtda ilk dəfə olaraq bu tunel kompleksi İntellektual Nəqliyyat Sistemi vasitəsilə idarə olunacaq. İstifadəyə veriləcək tunellərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən idarə edilən 36 ədəd kamera və 4 ədəd Elektron İnformasiya Tablosunun köməyi ilə nəqliyyatın cari vəziyyəti haqqında məlumatlar təhlil edilərək sürücülərə çatdırılacaq. Bu kameralar nəqliyyat vasitələrinin orta hərəkət sürəti, sayı və həcmi haqqında məlumat toplayır, eyni zamanda qəza və tıxaclar haqqında da NİİM-ə məlumat ötürmək imkanına malikdir. Hər bir tunelin girişində isə sürücülərə ətraflı məlumatların çatdırılması üçün 4 tablo quraşdırılıb. Burada cari vaxt, temperatur, həmçinin həmin ərazidə müəyyən olunmuş sürət həddi, sürücülər üçün müvafiq hərəkət istiqamətləri, eləcə də digər mətn və qrafik şəklində məlumatların çatdırılması da mümkündür.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info