İdman gimnastlarımız növbəti Olimpiya lisenziyasına sahibləndilər
Tarix: 13.10.2019 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Bədii gimnastlarımızın ardınca kişi və qadın idman gimnastlarımız da Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, onlar bu uğuru 4-13 oktyabr tarixlərində Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə Dünya Çempionatında əldə etməyi bacarıblar.
Qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.
Qeyd etmək lazımdır ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır və idmançımız Olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq.
Dünya Çempionatında həmçinin kişi idman gimnastikası üzrə yığma komandanın üzvləri Murad Ağarzayev və Nikita Simonov da iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Mançester derbisində 3 qol
07.12.2019
Messi: “Karyeramın sonu yaxınlaşır...“
07.12.2019
“Traktor“ Dənizlini istefaya göndərdi
07.12.2019
Gimnastımız Tokioda qızıl medal qazanıb
07.12.2019
İdman “Türkiyə millisinin ən böyük səhvi çox tez göylə getməsidir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info