Rəsul Quliyev:”Cəmil Həsənlinin əleyhinə çıxdığım üçün müxalifət məndən qisas alır”
Tarix: 03.09.2013 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Açıq Cəmiyyət Partiyasının(ACP) lideri, eks-spiker Rəsul Quliyev Müsavat Partiyasına yaxın olan mətbu orqanına bərk əsəbləşib. Hirsini sosial şəbəkələrdə etdiyi paylaşımla tökən R.Quliyev sözügedən qəzetdə dərc olunan “Rəsul Quliyevin və Fərhad Əliyevin “sirli kod”u açıldı” başlıqlı yazının müxalifətin sifarişlə yazıldığını bildirib.
Məqalədə yazılan fikirlərə kəskin şəkildə etiraz edən R.Quliyev yazını tam olaraq oxumadan özündən çıxıb və öz iradlarını bildirib: “Dünyada informasiya texnologiyasının revolyuson inkişafı cəmiyyətləri qismən “müxalifət” qəzetlərinin yalan informasiyalarından xilas edə bilib. Böyük ehtimalla cəmiyyətləri “şok”, yalan informasiyalarla qidalandırmağa çalışan bu qəzetləri sürətlə internetdə yaradılan və əsasən obyektiv analizlərə söykənən səhifələr puç edəcək. Xoşbəxtlikdən Azərbaycanda da bu proses gedir və artıq onlarla yalan informasiyaların qarşısına səd qoyan internet səhifələri mövcuddur.
Bugünkü Azərbaycan mətbuatının bir hissəsi 19-cu əsrin axırı 20-ci əsrin birinci on ilində mövcud olan sarı mətbuat səviyyəsindədir. Məşədi İbadın “5 manat ver, gedim filankəsin atasını qəzetdə yandırım” qanadlı frazası öz aktuallığını itirməyib, əksinə daha da böyük vüsət alıb.
Mətbuatda gedən “Rəsul Quliyevin və Fərhad Əliyevin “sirli kod”u açıldı” yazısını əvvəldən axıra qədər oxuya bilmədim, ancaq bəzi yerlərinə göz gəzdirdim. İlk ağlıma gələn bu primitiv yazıya heç bir münasibət bildirməmək oldu. Ancaq sonradan bu tip insanların lovğalanıb “görürsünüz necə onu susdurdum” deyəcəklərinə əvvəlcədən cavab vermək istədim”.
Eks-spiker deyir ki, Müsavata məxsus olan bu qəzet obyektiv deyil.
“Bir şeyi qəbul etmək lazımdır. Əgər mətbuat 4-cü hakimiyyətə malik olmaq istəyirsə gərək yazdıqları obyektiv ola. Bəs mətbuat bu işi niyə görmür, obyektiv olmur? Məgər onların da təyinatları hökümətdən asılıdır? Obyektiv yazı yazmaq istəyən gərək danılmaz faktlara söykənə. Əks halda bu yazı ya sifarişlə yazılıb ya da qərəzlidir”- deyə R.Quliyev qeyd edib.
Eks-spiker bir çox ölkələrin rəhbərlərinə məktub yazdığını və onlardan yardım istədiyini söyləyib: “Mən Rusiyanın rəhbərlərinə indiyə qədər məktublar yazdığımı söyləmişdim, İndi bir daha yenidən təkrar edirəm. O tipli məktublardan ABŞ-Klinton, Buş və Obamaya, Türkiyə- Bağçalı, Ərdoğan, Almaniya- Merkel, İngiltərə- Bleyr və Kameron, Fransa- Sarkoziyə və başqalarına yazmışam”.
Yazının yazılma səbəbinə gəlincə isə Rəsul Quliyev bunları qeyd edib: “Bu yazı mənimlə Fərhad Əliyevin əleyhinə yönəldilib. Niyə? Mən “milli şura”nın Cəmil müəllimi vahid namizəd seçməklə səhv addım atdıqlarını demişəm və çox qısa izah etmişəm. Fərhad Əliyevdə İlham Əliyevi dəstəklədiyini elan edib. Guya bu insanlar bu cızma qaraları ilə məni nədənsə çəkindirmək istəyirlər. Bu tipli xəbərdarlıqda edirlər, yəni bizdə onun əleyhinə yazılar verərik əgər bizim namizədin əleyhinə getsə. Vahid namizədlə əlaqədar fikrimi söylədim və kənara çəkildim. Nəyə görə kənara çəkildim. Ona görə ki, Cəmil müəllimə hörmətim böyükdür. İstəmədim ki, cığal siyasi oyuna məcburən qatılmış Cəmil müəllimin seçkiqabağı əhval-ruhiyyəsi pozulsun. Sözsüz ki, həmin vahid namizəd oyunun anatomiyasını bütün çılpaqlığı ilə açmaq şansım var və o analizdə hər bir şəxs özünün güzgü əksini görəcək. Kimsə fikirləşməsin bəzilərinin primitiv siyasətləri və məqsədləri məlum deyil. Əgər Cəmil müəllimə hörmətləri varsa sakitləşsinlər. İlk növbədə çalışıb gözlərindəki tiri görsünlər. Kimlərsə düşünür ki, hədyan yazıları cavabsız qalacaq,böyük səhvə yol verirlər. 5-6 min tirajla çıxan qəzet və onların internet səhifələrinin qarşısına çıxa biləcək kifayət qədər resursları olan informasiya vasitələri var”
Buradan bir daha görünür ki, ACP liderinin Cəmil Həsənlinin namizədliyi arxasında gizlənən AXCP və Müsavat liderlərinin “plan”larını qəbul etməməsi hələ də sözügedən qüvvələr tərəfindən həzm olunmur. Onlar, əsasən də Müsavat Partiyası özünə yaxın olan mətbu orqanında tez-tez Rəsul Quliyevin əleyhinə yazılar yazmaqla ona təzyiqlərini azaltmırlar. Konkret olaraq R.Quliyevin Cəmil Həsənlinin namizədliyini qəbul etməməsi Müsavatda kin yaradıb. Burada maraqlı məqam isə odur ki, əslində heç Müsavat özü də Cəmil Həsənlinin namizəd olmasında maraqlı deyildi. İndi onun arxasınca getməsindən sonra C.Həsənliyə qarşı çıxan hər kəsə aqressiv yanaşması isə başa düşüləndir.
Tural






 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info