“Bud-çanaq oynaqlarının implantla əvəz edilməsi bir çox xəstəliklər zamanı aparılır”
Tarix: 14.10.2019 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Ramin Rzayev: “Endoprotez əməliyyatından sonra oynaqda ağrı sindromu aradan qaldırılır, hərəkət amplitudası bərpa edilərək xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılır”

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, t.f.d., travmatoloq-ortoped Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasında koksartroz, qonartroz xəstəliyi və Endoprotez əməliyyatlarına aid sualları cavablandırıb. Müsahibəni oxuculara təqdim edirik:

- Koksartroz və qonartroz nədir, necə müalicə olunur?

-Koksartroz – bud-çanaq oynaqlarının, Qonartroz – diz oynaqlarının inkişaf edən degenerativ xəstəliyidir, oynaq qığırdağının atrofik dəyişiklikləri ilə başlayan dağılması nəticəsində deformasiyaya uğrayan prosesidir. Birincili (idiopatik – səbəbi bəlli olmayan) və ikincili (postravmatik, oynağın iltihabi xəstəlikləri, displaziya) kimi təsnif edilir. Xəstəlik 45 yaşdan yuxarı xəstələrdə adətən oynaqda ağrı ilə başlayır və bud-çanaq oynaqlarında ağrı qasıq, sağrı, bud nahiyələrinə, diz oynaqlarında isə ağrı baldıra yayıla bilir. Xəstəlik proqressiya etdikcə ağrılar istirahət halında da yaranır, gecə ağrıları müşaiyət olunaraq davamlı xarakterli olurlar. Oynaqdan hərəkət zamanı “xırtıltı səsi”-nin gəlməsi, sonradan hərəkət məhdudluğunun yaranması, axsama xəstəliyin əsas simptomlarından hesab edilir. Bud-çanaq və diz oynaqlarının oynaqətrafı digər patologiyaları kliniki və instrumental müayinələrlərlə (Rt, MRT, CT, Densitometriya, Sintiqrafiya, qan-labarator analizlər) dəyərləndirildikdən sonra müvafiq müalicəsi aparılır.
I-II dərəcəli koksartroz, qonartrozlar bir qayda olaraq konservativ müalicə olunur. III-IV dərəcəli koksartroz və qonartrozların müalicəsi xüsusən də davamlı kəskin ağrı, hərəkət məhdudluğu ilə müşayiət olunursa cərrahidir (endoportez-artrplastika). Endoprotez əməliyyatından sonra oynaqda ağrı sindromu aradan qaldırılır, hərəkət amplitudası bərpa edilərək xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılır.

- Endoprotezləşdirilmə oynaqların hansı zədələnmələri zamanı aparılır?

-Endoprotezləşdirilmə (artroplastika) – zədələnmiş oynaq elementlərinin implantla əvəz edilməsidir. Gündəlik həyatımızda bud-çanaq və diz oynaqları daha hərəkətli, daha çox yüklənməyə məruz qaldığı üçün bu oynaqlarda qığırdağın aşınması, kirəcləşməsi erkən yaranır. Endoprotez əməliyyatlarının aparılmasına əsas göstəriş oynaqlarda kəskin ağrılar, hərəkət məhdudluğunun yaranması ilə müşayiət olunan və konservativ müalicəsi mümkün olmayan xəstəliklərin yaranmasıdır (displastik koksartroz, yaşlılarda bud sümüyünün boynunun sınıqları, III-IV dərəcəli deformasiyaedici osteoartrozlar, psevdoartroz, oynaqların postravmatik deformasiyası, Bexterev xəstəliyi, ankiloz).
Bud-çanaq və diz oynaqlarının endoprotezləşdirilməsi əməliyyatları oynaqların zədələnmiş elementlərini implantla əvəz edib anatomik formasını və hərəkətləri bərpa edərək - ağrı sindromunu, hərəkət məhdudluğunu aradan qaldırmaqla pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün icra edilir.

- Bud-çanaq və diz oynaqlarının endoprotez əməliyyatlarından sonra reabilitasiya dövrü nə qədərdir?

-Bud-çanaq oynaqlarının implantla əvəz ediılməsi bir çox xəstəlikləri zamanı aparılır və qoyulmuş implantın növündən, xəstənin yaşından asılı olaraq reabilitasiya dövrü fərqlidir. Əməlyyatdan sonra bütün xəstələrə əməliyyatın birinci günündən etibarən oynaqda hərəkət amplitudasının artırılması, aşağı ətraf əzələlərinin reabilitasiyası üçün xüsusi idman hərəkətləri verilir. Bütün xəstələr endoprotez əməliyyatının ilk günündən etibarən aktivləşdirilir (çarpayıda otuzdurulur) və əməliyyatdan sonra maksimum ikinci günündən xəstələr yeridilir. Əməliyyatdan sonra 3-4 həftə çəliklə və sonra çəlliksiz aşağı ətraflarını tam yükləyərək yeriməklə xəstələrin ilkin reabilitasiyası 4-6 həftə və tam reabilitasiyası 3-6 ay davam edir.
Diz oynaqlarının endoprotez əməliyyatı demək olar ki, sementli növ implantla icra edildiyindən xəstələr əməliyyatın ikinci günündən etibarən 3-4 həftə aşağı ətraflarını tam yükləməklə çəlliklə yerimək və sonra çəliklsiz yeriməklə aktivləşdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”
08.11.2019
Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
07.11.2019
“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
07.11.2019
“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”
04.11.2019
Natiq Əliyev: “Azərbaycanlılar xaricdə çox fəaldırlar”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info