“Milli şura”nın növbəti yalanı da ifşa olundu
Tarix: 03.09.2013 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Qurum Londona dəvət olunmayıbmış...

Böyük Britaniyanın Kral İnstitutu tərəfindən “milli şura” rəhbərliyinin Londona səfərinin təşkil ediləcəyilə bağlı məlumatların yayılmasından sonra bu mövzu ətrafında bir sıra maraqlı məqamlar ortaya çıxıb. Sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan bu hadisədə daha çox Qərbin müxalifətə marağının artması qabardılsa da, sonda hər şeyin sabun köpüyü kimi partladığının şahidi olduq. Belə ki, sən demə nə Qərb, nə də Şərq “milli şura” ilə yaxından ilgilənmirmiş. Rəsmi olmayan mənbələrdən verilən bu xəbərdə deyilir ki, səfər sentyabrın 8-də başlayacaq və 2 gün davam edəcək.
Maraqlı məqam isə budur ki, adıçəkilən institut əslində heç də dəvət və nəsə başqa təklifdə bulunmayıb. Beynəlxalq Münasibətlər üzrə Böyük Britaniya Kral İnstitutu - “Çatam Hauz”un rəsmi saytında bu görüşlə bağlı heç bir məlumat yoxdur.
Lakin bu İnstitutda Azərbaycanda gözlənilən prezident seçkilərilə bağlı müzakirələr planlaşdırılıb. “Azərbaycan seçkilərdən əvvəl və sonra” adlı bu müzakirələr 17 sentyabr 2013-cü il tarixində Londonda keçiriləcək. “Çatam Hauz”dakı bu müzakirəyə rəsmi olaraq Azərbaycandan məruzəçi kimi REAL hərəkatının təmsilçisi Erkin Qədirli dəvət edilib.
Bununla bağlı Kral İnstitutunun rəsmi dəvətnaməsindəki qeydlərdə bildirilir ki, toplantı zamanı seçkilərdən əvvəlki periodda olan məsələlər müzakirə olunacaq.
“REAL hərəkatının, “milli şura”nın seçkilərdə iştirak perspektivləri, ölkənin hazırkı rəhbərliyinin idarəçiliyi, post-neft dövrü iqtisadiyyatı və ictimai narazılığın idarə edilməsi ilə yaxınlaşan keçid dövrünə dair məsələlər gündəlikdə olacaq. Erkin Qədirli siyasi səhnədəki mövcud gərginliklə bağlı məruzə edəcək. İlkin çıxışdan sonra bir saatlıq sual-cavablarla müşayiət olunacaq müzakirələr aparılacaq”-deyə rəsmi açıqlamada vurğulanır. Açıqlamada toplantının qapalı keçiriləcəyi vurğulanıb. “Giriş yalnız xüsusi dəvətlədir”-deyə sənəddə qeyd olunub.
Xatırladaq ki, bir qədər öncə yayılan məlumatda bildirilib ki, “milli şura”dan Londona gedəcək heyətdə qurumun sədri Rüstəm İbrahimbəyov, Müsavat başqanı İsa Qəmbər, “milli şura”nın prezidentliyə vahid namizədi Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, “El” hərəkatının sədri Eldar Namazov təmsil olunacaq. Səfər zamanı “milli şura” üzvlərinin Böyük Britaniyanın bir sıra rəsmi şəxsləri, eyni zamanda ictimai sektor nümayəndələri ilə görüşünün gözlənildiyi qeyd olunub.
Onu da bildirək ki artıq Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev də üzvü olduğu “milli şura”nın London səfərindən imtina edib. Eks-spiker “milli şura” rəhbərliyinin “qatılacağı” London səfərində iştirak etmək istəmədiyini bildirib. Maraqlıdır ki, o da Londona bir nəfərin gedə biləcəyi ehtimalından danışıb.
R.Quliyev həmçinin “milli şura” üzvlərinin səfərlə bağlı mətbuata verdikləri açıqlamalara kinayə ilə yanaşaraq bu səfərin önəmsiz olduğunu qeyd edib: “Bu görüş də “milli şura”nın Vaşinqton görüşünə oxşayır, 5-6 adamın adı sadalanır. Ola bilər bir və ya iki nəfər Londona getsin. London səfərinin artıq heç bir əhəmiyyəti olmadığından mənim ora getmək fikrim yoxdur”-deyə R.Quliyev açıqlama verib.
Ümumiyyətlə isə son günlər müxalif liderlərin demək olar ki, hamısının böyük fəxarətlə qeyd etdiyi bu tədbirə dəvət olunmaları da əslində boş mənasız öyünməkdn başqa bir şey olmadığı bəlli oldu. Sən demə, bu tədbirə yalnız bir nəfər dəvət olunubmuş ki, onun da “milli şura”ya aidiyyəti yoxdur. “Milli şura”dakıların özlərini ora “sırıma”larını isə anlamaq çətin deyil. Məqsəd ictimaiyyətə görüntü naminə belə bir mənzərə göstərməkdir ki, guya onlarla da Qərb ilgilənir. İstənilən halda “milli şura”nın bu məsələdə də ifşa olunması onlar üçün böyük eyib sayılmalıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info