“Mercimekli köfte” – mərci kotleti necə hazırlanır?
Tarix: 15.10.2019 | Saat: 01:57:00 | E-mail | Çapa göndər



İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə əsasən qırmızı mərci ilə olan və bişirilmədən hazırlanan vegeterian yeməyi – mercimekli köfteni təqdim edirik.

Mercimekli köfte, yəni mərci kotleti, xüsusilə, ət yeməyən insanlar üçün xilaskar bir zülal qaynağıdır.
Paxlakimilər fəsiləsindən olan mərcinin hər növü Türkiyə mətbəxində tez-tez və sevilərək hazırlanır, yeyilir. Salatdan plova, şorbadan piroqa qədər bir çox yeyəcəyin əsas materialıdır mərci. Bu gün tərifini verəcəyimiz mercimekli köfte həm çay içərkən çərəz rolunu oynayır, həm də əsas və ya yardımçı yemək olaraq yeyilir.
Mercimekli köfte hazırlamaq üçün əvvəlcə lazım olan materialları sayaq:

1 stəkan qırmızı mərci,
2 stəkan xırda düyü (ince bulgur),
2 ədəd soğan,
yarım (½) stəkan zeytun yağı,
3 qaşıq pomidor tomatı,
yarım (½) stəkan isti su,
1 dəstə cəfəri,
6 ədəd yaşıl soğan,
1 litr su,
1 çay qaşığı duz,
1 çay qaşığı zirə,
1 çay qaşığı qırmızı bibər,
1 çay qaşığı istiot,
10 ədəd kahı yarpağı

Zaman gəldi mercimekli köfteni hazırlamağa.

İlk olaraq 1 stəkan mərci yuyulur, üstünə 1 litr su tökülərək bişirilir. Mərcini yumşalıb tam bişənə və suyu çəkilənə qədər bişirmək lazımdır. Sonra qazı söndürüb qazana iki stəkan xırda düyü (ince bilgur) əlavə edin, qapağını örtüb 35-40 dəqiqə beləcə saxlayın.

İndi digər materialların hazırlanmasına keçək. Əvvəlcə tavada zeytun yağında kiçik doğranmış soğanları pörtənə qədər bişirin. Daha sonra tavaya üç qaşıq tomat, qırmızı bibər və istiotu əlavə edib qarışdırın. Tavaya yarım (½) stəkan isti su töküb 1-2 burum qaynadın. Hazırladığınız tomat qarışığını bayaqkı mərci və düyünün üzərinə töküb qarışdırın və yenidən qazanın qapağını bağlayın.

Təmizləyib yuduğunuz kahını nimçələrə düzün.

Kənarda yaşıl soğan və cəfərini yuyub incə-incə doğrayın. Bu göyərti, duz və zirəni qarışığa əlavə edərək yaxşıca yoğurun. Sonra qarışıqdan qozdan bir az böyük parçalar qoparıb əlinizdə sıxaraq şəkil verin və boşqabdakı kahının üzərinə düzün. Artıq mercimekli köfte, yəni mərci kotleti hazırdır. Nuş olsun.




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Heyva dolması
30.11.2019
Kabak tatlısı necə bişirilir?
26.11.2019
Menemen necə bişirilir?
19.11.2019
Çoban qovurma
15.11.2019
‘‘İmam bayıldı’’ yemәyi necә hazırlanır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info