Rüstəm “bəy” xalqı aşağıladı
Tarix: 03.09.2013 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


“Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun müxalifəti barmağına dolaması haqqında dəfələrlə mətbuatda yazılar yazılıb və hətta bəzi müxalifətçilərin özləri tərəfindən də bu insanın qeyri-ciddi biri olması barədə fikirlər səsləndirilib. Onun namizədliyinin ləğv olunmasından sonra İbrahimbəyovun verdiyi açıqlamar isə daha da anormal hal almağa başlayıb. Dəfələrlə Bakıya gələcəyini deyib sonradan “Azərbaycana dönməyəcəm” açıqlaması ilə aranı qatan kinodramaturqun, namizəd olmadıqdan sonra “milli şura”nın tədbirlərinə, mitinqinə qatılmaq üçün Bakıya dönəcəyi gözlənilsə də, İbrahimbəyov verdiyi son açıqlama ilə bu fikri də alt-üst edib. O həmçinin xalqı da borclu çıxararaq vətəndaşları aşağılayıcı fikirlərlə tənqid edib: “Mən təəccüb edirəm. Bizim xalq elə öyrənib ki, yuxarıdan əmr gəlsin və hamı əllərini qaldırsın. “Milli şura”nın tərkibində on illərlə fəaliyyət göstərən partiyalar toplaşıb. Siz elə bilirsiniz ki, elə Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Əli Kərimli nə dedisə, “milli şura” onu qəbul etməlidir? “Milli şura” hər məsələni müzakirə, götür-qoy edir, sonra qərarını verir. “Milli şura” üzvlərinin hərəsinin öz fikri olmalıdır. Baxmayaraq ki, bu qurumun tərkibində bir neçə partiya var ki, illərdir bir-biri ilə konfliktli münasibətlərdədir. Mənim Azərbaycana qayıtmağımın mənası yoxdur axı. Vahid namizəd kimi gəlməliydim və gələcəkdim. Mənim xaricdə olmağım işimiz üçün qat-qat faydalıdır”. O, həmçinin hazırda Moskvada olduğunu da dilə gətirib: “Bəli hazırda Moskvadayam və “milli şura”nın 15 sentyabr mitinqində iştirak üçün Bakıya gəlmək niyyətim yoxdur”.
Buradan bir daha görünür ki, bir vaxtlar müxalifət üçün hər şeyindən keçməyə hazır olduğu görüntüsü yaradan Rüstəm İbrahimbəyov bu quruma və onun tədbirlərinə bir daha barmaqarası yanaşır. Bu da azmış kimi, o, guya xaricdə olmasının qurumun işi üçün qat-qat “faydalı” olduğunu bildirir. Əslində isə özü də dəfələrlə xaricdə olan “iş”lərinin dalınla düşdüyünü gizlətməyib. Bu işlər isə onun üçün siyasi proseslərdən qat-qat önəmli olan kino çəkilişləri və biznes fəaliyyətidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info