Vaşinqtonun türk və türkdilli icma nümayəndələri “Sülh çeşməsi” əməliyyatına dəstək mitinqi keçiriblər
Tarix: 15.10.2019 | Saat: 08:13:00 | E-mail | Çapa göndər



ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan türk və türkdilli icmaların nümayəndələri Ağ Evin qarşısına toplaşaraq, Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək vermək məqsədilə aksiya keçiriblər. Türkiyə-Amerika Təşkilat Komitəsinin təşkilatçılığı ilə baş tutan aksiyada “YPG-PKK terrorçu təşkilatlardır”, “Biz Türkiyə ordusunu dəstəkləyirik”, “PKK uşaq qatilləridir” şüarları səsləndirilib.

Türk fəalları Ağ Evin qarşısını qırmızı-ağ rəngləyərək, Türkiyənin bu savaşda tək olmadığını ucadan bildiriblər.
Separatçı terror təşkilatına qarşı şüarlar səsləndirən aksiya iştirakçıları ABŞ rəhbərliyini terror təşkilatı YPG-PKK-ya dəstəyini kəsməyə çağırıb.
Türkiyənin 1980-ci illərdən bəri PKK terror təşkilatının çoxsaylı hücumlarına məruz qaldığı ifadə olunub. Həmin terror aktları nəticəsində 30 mindən çox insanın öldürüldüyü qeyd edilib. Bu səbəblərə görə, ABŞ, Avropa İttifaqı və BMT PKK-nı terror təşkilatı adlandırıb. Bildirilib ki, Türkiyə ordusunun əməliyyatı dinc kürd əhalisinə qarşı deyil, YPG-PKK adlı silahlı terrorçu qüvvələrinə qarşı keçirilir.
Aksiya iştirakçıları qeyd ediblər ki, İŞİD yaraqlıları ilə mübarizədən sui-istifadə edən PKK həmin ərazidəki Suriya şəhərlərini yerli əhali olan türkmənlərdən və ərəblərdən təmizləmə kampaniyasına başlayıb. Bu əməliyyatlar zamanı yerli kürd əhaliyə qarşı da zorakılıqlar tətbiq edildiyi məktubda xüsusi vurğulanıb. Məhz bu səbəbdən, aksiyaya qoşulan bir neçə suriyalı ərəb də Türkiyəni dəstəkləyən şüarlarla tədbirdə çıxış edib.
Qarşı tərəfdən YPG-PKK bayrağını qaldıran bir neçə şəxs təxribat etməyə çalışıb, lakin Vaşinqton polisinin müdaxiləsi sayəsində onların planları gerçəkləşməyib.
Tədbirdə türklər tərəfdən 200-ə yaxın adam, həmçinin bir neçə Azərbaycan icması nümayəndəsi iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib
07.12.2019
Qar yağacaq, yollar buz bağlayacaq - xəbərdarlıq
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info