Ayk Babuxanyan: “Rusiya Ermənistandan getsə, azərbaycanlılar ermənilərin kökünü kəsərlər”
Tarix: 03.09.2013 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Ermənistan parlamentinin deputatı, “Konstitusiya hüququ ittifaqı” partiyasının sədri Ayk Babuxanyan “Ayoç aşxar” qəzetinə müsahibə verib. O, müsahibəsində Ermənistanın Avropaya, yoxsa Rusiyaya üz tutması ilə bağlı məsələlərə münasibət bildirib.
Avropa Birliyinin azad ticarət zonasına qoşulmağı Ermənistan üçün perspektivsiz və şübhəli sayan erməni deputat bildirib ki, ən yaxşı halda, Avropa bazarlarına yol açılandan sonra 146 milyon avro əldə edə bilərlər ki, bu da Rusiyada işləyən ermənilərin öz ölkələrinə, qohumlarına göndərdikləri pulun yanında əhəmiyyətsizdir. O etiraf edir ki, Ermənistan iqtisadiyyatı tam mənada Rusiyadan asılı hala düşüb: “Bizim iqtisadiyyat Rusiya iqtisadiyyatı ilə min tellə bağlıdır. Energetika, qaz təchizatı və sair sahələrlə bağlı da vəziyyəti aydın görmək olar. Bütün bunlarla yanaşı, onu da demək olar ki, Ankara Ermənistandan Avropaya dogru sərhədləri açmaq istəmir. Bütün bunlar isə onu göstərir ki, ölkəmizin Avropa Birliyinin azad ticarət zonasına girməsi barədə mülahizələr əsassızdır”.
Erməni deputat əlavə edib ki, əgər küçələrə düşüb soruşsanız, kimsənin Avropa Birliyinin azad ticarət zonasına girməyə razı olduğunu öyrənmək çətindir: “Xüsusilə də Avropanın hazırkı çətin, iqtisadi, demoqrafik və sair sahələrdə böhran vaxtında bizimkilərin ora girməyə razı olacağı inandırıcı deyil”.
Bunun ardınca erməni deputat bildirir ki, Ermənistanın gələcəyi Avrasiya İttifaqındadır: “Bizim təhlükəsizliyimizin əsas qarantilərindən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya hərbi bazasının ölkəmizdə olmasıdır. Bizim sərhədlərimizdə Rusiya sərhədçiləri dayanır. Halbuki Avropa Birliyi bizim təhlükəsizliyimizi qorumaq üçün heç bir real rıçağa və arzuya malik deyil”.
Bunun ardınca erməni deputat həyəcanla əlavə edib: “Əgər Rusiya Ermənistandan getsə, bir tərəfdən türklər, digər tərəfdən isə azərbaycanlılar bizə hücum edər, öz çoxillik arzularını reallaşdırar və ermənilərin kökünü kəsərlər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info