Çingiz Allazov: “Bütün dünya bilir ki, mən azərbaycanlıyam”
Tarix: 15.10.2019 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


“Mən ölkəmizdəki inkişafı görüb qürur duyuram”

Belarusda səfərdə ikən dünya şöhrətli azərbaycanlı kikboksçu Çingiz Allazovla da görüşümüz oldu. Çingiz Allazov 1993-cü ildə Gürcüstanın Qardabani rayonunun Candar kəndində dünyaya gəlib. 1994-cü ildən ailəsi ilə birlikdə Belarusa köçüb və Minsk şəhərində idman fəaliyyətinə başlayıb. O, bu vaxtadək 271 döyüş keçirib. 14 dəfə dünya çempionu olub. 3 dəfə isə Azərbaycan adından qalib olub.

- İdmana gəlişiniz necə olub?

- 6 yaşım olanda atam məni idman zalına apardı. 12 yaşım olanda ilk dəfə mən Tailandda dünya çempionu oldum. Ondan sonra mən burada vətəndaşlıq aldım. Həmçinin mənə Prezident təqaüdü verildi. Belarus Kikboksink Federasiyası da dəstək verdi. Yeri gəlmişkən, artıq 3 ildir Belarus Kikboksink Federasiyası tərəfindən "Cup Çingiz Allazov" kuboku uğurunda beynəlxalq yarışlar keçirilir. Bu il yarışlarda 870 idmançı iştirak etdi. Azərbaycandan da 4 gənc idmançı gəlmişdi.

- Georgi Petrosyanla revanş döyüşü gözlənilirmi?

-İndi Petrosyan Sinqapurda “ONE Championship”də döyüşür. Mənim də Bellator turnirində döyüşüm olacaq. Biz hər ikimiz bu yarışlarda kəməri udsaq dünya reytinqində bizi yenidən görüşdürmək istəyəcəklər. Bu da təxminən bir ildən sonra ola bilər. Yəni mən revanş döyüşünə hazırlaşıram. Amma ondan əvvəl hələ çox döyüşlərim var.

- Belarusda sizin müəlliminiz kim olub?

- İlk müəllimim Aleksandr Nikolayeviç Koftik olub. 16 yaşım olandan sonra isə mənə Andrey Sergeyeviç Qridin müəllimlik edir. O, 47 dünya çempionu yetişdirib. Bütün yarışlarda, professional rinqlərdə Qridin mənimlədir.

- Belarus dövləti sizə nə kimi dəstək göstərir?

-Azərbaycanlıların Belarusda reputasiyası çox güclüdür. Bizə burda çox böyük diqqət göstərilir. Belarusun aidiyyəti rəsmi orqanlarından bizə güclü dəstək var.

- Ümumiyyətlə, dünya reytinqində bir azərbaycanlı olaraq, sizə münasibət necədir?

-Mən rinqə Azərbaycan bayrağı ilə çıxıram. Amma Belarusu təmsil edirəm. Artıq 17 ildir ki, Belarusun adından döyüşürəm. Lakin bütün dünya bilir ki, mən azərbaycanlıyam.

- Belarusda özünüzün idman zalınız varmı?

-Öz müəllimimin şərəfinə "Qridincim" zalı açmışam. Bu, Belarusda ən geniş ərazisi olan zaldır. Burada 5 dünya çempionu məşq edir. Bundan başqa, bizim "Sport family" trenajor zalı fəaliyyət göstərir.

- Belarusda sizin davamçılarınız varmı?

-Əlbəttə, var. Bizə baxıb həvəslənən gəncləriniz çoxdur. Şadam ki, yeni nəsil azərbaycanlı idmançı gənclərimiz yetişir.

- Belarus-Azərbaycan İcmaları Konqresi ilə nə kimi əməkdaşlıq edirsiz?

-Diasporumuzun nüfuzu burada çox yüksəkdir. Biz hamımız bir yerdəyik. Mən çox vaxt məşqlərdə, yarışlarda oluram. Amma vaxtım olanda mən də tədbirlərə qatılıram. Diasporumuz burada çox güclüdür. İnşallah, inanıram ki gələcəkdə bundan da güclü olacaq.

- Vətənlə əlaqələriniz necədir?

-Vaxtım olanda Azərbaycana gedirəm. 3 il bundan qabaq Azərbaycanda oldum. Mən ölkəmizdəki inkişafı görüb qürur duydum və bir daha fəxr etdim ki, mən azərbaycanlıyam.

- Qarşıda hansı döyüşləriniz gözlənilir?

-Qarşıda planlar çoxdur. Dekabrda Fransada tailandlı Superbon Bançamek ilə döyüşəcəm. 2020-ci ilin yanvarında Hollandiyada yaşayan Tayfun Orqamla döyüşüm var. Mən dünya reytinqindəyəm deyə, hamı ilə döyüşə bilmirəm. Yəni reytinqə görə döyüşməliyəm.
Redaksiyanın qeydi: Müsahibə çapa hazırlanan ərəfədə Çingiz Allazov Milanda Tailand kikboksçusu Sudsakorn Som Klimee ilə keçirdiyi döyüşdə qələbə qazanıb.

Fuad Hüseynzadə
(Bakı-Minsk-Bakı)




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”
08.11.2019
Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
07.11.2019
“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
07.11.2019
“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”
04.11.2019
Natiq Əliyev: “Azərbaycanlılar xaricdə çox fəaldırlar”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info