Vergiödəyicisi ilə vergi orqanının məlumat mübadiləsi fərdi elektron kabinet vasitəsilə aparılır
Tarix: 15.10.2019 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Vergiödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin təmin edilməsi məqsədilə İnternet Vergi İdarəsində yaradılmış fərdi elektron kabinetdən istifadə olunur. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, elektron kabinetdən istifadə üçün vergiödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması imzalanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən İnternet Vergi İdarəsində elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi yalnız vergiödəyicisi tərəfindən kod-parol vergi orqanından götürüldükdən sonra həyata keçirilir.
Vergiödəyicisi elektron kabinetə daxil olaraq digər vergiödəyiciləri ilə də qarşılıqlı sənəd mübadiləsini təmin edərək elektron xidmədlərdən istifadə edə, istifadə edilmiş elektron xidmətin icra müddəti, elektron xidmətin göstərilməsinin gedişatı, elektron xidmətin nəticəsi barədə məlumat ala bilər.
Vergi orqanı tərəfindən elektron kabineti olan ödəyicilərə vergi orqanının təşəbbüsü ilə məlumatların göndərilməsi birmənalı olaraq elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron kabinet vasitəsilə sənədlər (onların surətləri) və məlumatlar vergi orqanı tərəfindən elektron üsulla vergiödəyicisinin elektron kabinetinə göndərildikdə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, vergiödəyicisi tərəfindən elektron üsulla vergi orqanına göndərildikdə isə göndərildiyi gün çatdırılmış sayılır. Vergiödəyicisinin elektron kabinetinə daxil olan məlumatlarla müəyyən dövr ərzində vergiödəyicisi tanış olmadıqda, vergi administrasiyası tərəfindən həmin şəxsin mobil nömrəsinə xatırladıcı xarakterli xəbərdarlıq SMS-ləri göndərilir.
Elektron kabinetdən istifadə nəticəsində vergiödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyinin artırılması və ənənəvi üsulla kağız daşıyıcılarında sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısı alınmış olur.

Tural




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
07.12.2019
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdimi bu ərəfədə aparılacaq
07.12.2019
OPEC və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb
07.12.2019
Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir
07.12.2019
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info