Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) həyata keçirdiyi Türkiyədə Texnopark Təcrübəsi Proqramı (TTTP) başa çatıb. Bu barədə universitetdən məlumat verilib.
Sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTTP gənc təşəbbüskarların iştirakı ilə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirilib. Təcrübə proqramının məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri və praktik potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların formalaşdırılması idi. Təcrübə proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin müəllifləridir.
Proqram 12-31 Avqust 2013 tarixinlərində Yıldız Texniki Universiteti (YTU) Texnoparkı, İstanbul Texniki Universiteti (İTU) Texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında həyata keçirilib. Bununla belə, TTTP iştirakçıları Fatih Universitetində də görüşlər keçirərək, bu universitetin mühəndislik və digər sahələri üzrə uğurları ilə yaxından tanış olublar. Fatih Universitetində TTTP iştirakçılarını həmin universitetin Mühəndislik fakülətisinin dekanı professor Cevdet Meriç qarşılayıb.
YFM-nin qalibləri hesab olunan proqram iştirakçıları təcrübə zamanı texnoparklarda formalaşıb inkişaf edən, eləcə də texnoparklarda mövcud olan ekosistemin imkanlarında faydalanaraq böyüməsini təmin edən müxtəlif şirkətlərdə təcrübə qazanıblar.
TTTP iştirakçıalrı təcrübə proqramında əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək öz şirkətlərini formalaşdıracaqlar. Xatırladaq ki, TTTP iştirakçıları QUTechnopark-ın təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin qalibləri olaraq QUTechnopark İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin olunublar.
QUTechnopark-ın təşkil etdiyi TTTP Qafqaz Universiteti və TİKA Bakı Koordinatorluğunun maliyyə dəstəyi ilə həyata keçirilib.
İlkin
|