“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Tarix: 15.10.2019 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Bu tədbirlə bağlı bir çöx ölkələrin prezindetləri ilə yanaşı, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də Azərbaycan səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevlə görüşü olub. Görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin qədim, möhkəm kökləri var: “Başlıcası, Siz Özbəkistanın həmişə - əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir”.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasındakı çıxışında Ermənistanla bağlı fikirlərinə münasibət bildirib: “Prezident İlham Əliyevin də iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının Aşqabad iclasının gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələri xalqlarına və dünya ictimaiyyətinə müraciəti idi. Bu, dünyada sülhün və əmin-amanlığın qorunması, İkinci Dünya müharibəsində qələbə irsinin ötürülməsi baxımından mühümdür. Azərbaycan Prezidentinin iclasdakı nitqi dünyada, xüsusən də MDB məkanında sülhün hər zaman qorunmalı olduğuna və bu yolda faşizm, neofaşizm ideyalarını öz əqidələrinə çevirənlərin haqlı olaraq kəskin tənqidinə istiqamətlənib. Prezident İlham Əliyevin hər zaman sülhpərvərliyi, tolerantlığı və multikultural dəyərləri ilə tanınan Azərbaycan xalqının Qələbənin əldə edilməsində ön və arxa cəbhələrdə göstərdiyi şücaətləri haqda fikirləri tarixi faktlara söykənirdi” (AZƏRTAC). O, diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin nitqi Ermənistanda faşizm ideologiyasının bu gün də mövcud olduğunu təsdiq etdi. İrqçilik, faşist ideologiyası kimi tanınan erməni siyasətinin nəticəsindən ən çox əziyyət çəkən məhz Azərbaycan xalqıdır. Torpaqlarımızın işğalı, vətəndaşlarımızın tarixi torpaqlarımızdan çıxarılması, Xocalı soyqırımı və bu gün də həllini tapmayan münaqişənin mənbəyi Ermənistanın dəstəklədiyi faşizm və ya ondan fərqi olmayan neofaşizmdir. Prezident İlham Əliyevin Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasını kəskin tənqid etməsi MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupunun Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirməsinin məntiqi davamıdır.

“Ermənistanın neofaşizm siyasətinin dünyada sülhə təhdid yaratdığını ortaya qoydu”
Polkovnik Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı Aşqabaddakı iclasda 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsindən sitat gətirib. Eyni zamanda, Ermənistanın neofaşizm siyasətinin dünyada sülhə təhdid yaratdığını ortaya qoydu. Həmçinin bu fikrin məntiqi davamı kimi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” məqaləsindən mövzu ilə bağlı nüansı səsləndirməsi Ermənistan tarixinin və bugünkü siyasətinin reallığını əks etdirdi.
“Ermənistan baş nazirinin məntiqsiz açıqlamasına arqumentlərlə cavab verən və mövqeyindən dönməyən Prezident İlham Əliyevin siyasi nitqi dünyada faşizmi dəstəkləyən və yaşadanların heç bir şeyə nail olmayacaqlarını sübut etdi. 2016-cı ildə Azərbaycan veteranları erməni faşizminin simvollarından biri olan Qaregin Njdenin heykəli ilə bağlı bəyanat qəbul edərək din və siyasət xadimlərinə göndərdi. Ermənistan siyasi meydanda təklənib, onların mənfur siyasətini təkcə biz deyil, bütün dünya tənqid edir. İnanırıq ki, ardıcıl olaraq Ermənistana siyasi təzyiqlər daha da artacaq, malik olduqları mənfur “ideologiya” dəstəklədikləri faşizm kimi məhv olacaq”, - deyə C.Xəlilov vurğulayıb.


Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib

Bu arada Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə ABŞ Konqresinin nümayəndələrinin qanunsuz səfərinə görə Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosiyə və Konqres üzvlərinə etiraz məktubu göndəriblər. AZƏRTAC xəbər verir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş məcburi köçkün icması ABŞ Konqresinin nümayəndələri - Frank Pallone, Cudi Çu və Ceki Spierin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə görə ciddi narahatlığını və etirazını bildirib. Qeyd edilib ki, jurnalistlərin müşayiəti ilə həyata keçirilən icazəsiz səfər demokratiyaya, insan hüquqlarının təməl prinsiplərinə, sülh şəraitində birgəyaşayışa və beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həmçinin münaqişə bölgəsindəki vəziyyətə mənfi təsir göstərir və münaqişənin həllinə ümidləri azaldır. Konqres üzvü xanım Cudi Çunın səfərinin onun sülhməramlı olmaq istəyi ilə tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdıran icma üzvləri vurğulayıblar ki, Konqres üzvlərinin bu səfəri vaxtilə beynəlxalq müşahidəçilər tərəfindən də öz təsdiqini tapmış qırğınlar və etnik təmizləmələr yolu ilə bölgənin yerli azərbaycanlı əhalisinə qarşı vəhşiliklər törədilməsi yolu ilə Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalını dəstəkləməyə xidmət edir. ABŞ-ın dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf ərazilərdə Ermənistan silahlı birləşmələri tərəfindən mülki əhaliyə qarşı edilən vəhşilikləri qınayaraq işğalçı qüvvələrin qeyd-şərtsiz ərazilərimizdən çıxarılmasını tələb edib.
Məktubda deyilir: “Dağlıq Qarabağ bölgəsindən didərgin düşmüş 80 mindən çox azərbaycanlı icma və ətraf ərazilərdən olan 700 mindən çox məcburi köçkün son 25 ildə heç bir irəliləyiş əldə olunmayan danışıqların fonunda əziyyət çəkməkdə davam edir. Ermənistan bizi ən təməl hüquqlarımızdan olan öz evlərimizə qayıtmaq haqqımızdan, öz ailə üzvlərimizin qəbirlərini ziyarət etməkdən məhrum edir. Bunlar azmış kimi, Qarabağdakı mədəni irsimizi də yer üzündən silməyə yönəlmiş siyasət aparır, şəxsi əmlaklarımızı mənimsəməkdə davam edirlər. Bu siyasətə qarşı çıxmaq və münaqişənin sülh yolu ilə həll edilməsi perspektivini saxlamaq üçün beynəlxalq ictimaiyyət bu vəziyyətə göz yumur. Məhz bu yanaşma ABŞ-ın və onun institutlarının dəstəklədiyi qaydalara əsaslanan beynəlxalq hüququn ruhuna uyğun olan addımdır. Ancaq təəssüflər olsun ki, Konqres üzvlərinin son səfərləri bu öhdəliklər və beynəlxalq hüquqla tamamilə ziddiyyət təşkil edir.
Bütün bunlar ABŞ nümayəndələrinin sözügedən icazəsiz səfərinin niyyəti ilə bağlı əsaslı bir sual doğurur: məqsəd sülh və sabitliyin bərqərar olmasına kömək etmək idimi? Əgər məqsəd bu idisə, o zaman bu məqsəd tamamilə uğursuzdur. Qanunsuz işğala və zərərçəkmiş insanlara ayrı-seçkiliklə yanaşmanın nəticələrini “qanuniləşdirmək” cəhdləri bölgə üçün sülh və zərərçəkmiş əhali üçün firavanlıq vəd edə bilməz. Heç kim öz xoşbəxt gələcəyini başqalarının hüquqlarını pozmaq və tapdalamaq hesabına qura bilməz. Buradan doğan mənəvi öhdəlik odur ki, biz bu cür hərəkətlərə yol verməməli və yol verənləri dəstəkləməməliyik”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
UNESKO-nun Baş Konfransında erməni yalanları ifşa olunub
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
07.11.2019
İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb
05.11.2019
“Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır”
04.11.2019
Tanınmış fransız tarixçi Ermənistanı faşizm ideyalarını yaşatmaqda ittiham edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info