Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
Tarix: 16.10.2019 | Saat: 19:43:00 | E-mail | Çapa göndər



Oktyabrın 16-da Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Xalid Bin İbrahim Əl Hamarın başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli və işçi qrupunun iclasına dəvət olunan dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən FHN-in Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli qonaqları Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən həmsədri Kəmaləddin Heydərovun adından salamlayıb. O qeyd edib ki, ötən dövr ərzində ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri və siyasi iradə ikitərəfli əməkdaşlığın inkişafına təkan verən əsas amil olub. Belə ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin sürətli inkişafı, iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açıb. Bu səylərin davamı olaraq yaradılan Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verib. Komissiyanın fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan ilə Qətər arasında ticarət əlaqələrinin daha da genişlənməsi müşahidə edilib və ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb.
Ərgüc Kələntərli bildirib ki, komissiya daxilində yaradılmış Sərmayə üzrə Birgə İşçi Qrupu və qarşılıqlı səylər yeni investisiya imkanlarını araşdırmaq və birgə layihələr həyata keçirməklə iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafına daha da təkan verəcək.
Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Xalid Bin İbrahim Əl Hamar səmimi qonaqpərvərliyə və iclasın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, iki ölkənin milli maraqlarına, xalqlarının və rəhbərliklərinin gözləntilərinə xidmət naminə əldə edilmiş nailiyyətlərin qorunub saxlanılması və ikitərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində səylərin göstərilməsi böyük əhəmiyyət daşıyır.
Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov vurğulayıb ki, ölkələrimiz arasında yaradılmış ikitərəfli əlaqələr İşçi Qrupu çərçivəsində bundan sonra daha da dinamik inkişaf edəcək. Səfir mövcud ikitərəfli inkişafın sevindirici hal olmaqla yanaşı, iki ölkə arasında fəaliyyət göstərən komissiyanın əhatə etdiyi bütün sahələr, o cümlədən sərmayə əməkdaşlığı üzrə əlaqələrimizin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tədbirdə İşçi qrupunun gündəliyində duran digər məsələlərlə bağlı müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq
07.12.2019
Xəzər suyunun temperaturunun yüksəlməsinin davam etməsi fəsadlar yarada bilər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info