20 uşaq Ukraynada müalicəyə göndərilib
Tarix: 03.09.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən 20 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq Ukraynanın Evpatoriya şəhərində yerləşən Uşaq Klinik Sanatoriyasına 3 həftəlik bərpa müalicəsinə yola salınıb.
Həmin uşaqların Evpatoriyada bərpa müalicəsi Prezidentin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə ayrılmış vəsait hesabına təmin olunur. Uşaqların valideynlərindən biri ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması və qarşılanmaları, qeyd olunan sanatoriyada yerləşdirilmələri və bərpa-müalicə prosedurları ilə təmin edilmələrinə nəzarət olunması üçün nazirlikdən məsul şəxs təhkim olunub. Bu ayın sonunadək daha 59 nəfər uşağın tibbi-sosial reabilitasiya üçün xaricə müalicəyə göndərilməsi nəzərdə tutulur. Qeyd edək ki, cari ilin ötən dövründə 95 nəfər əlilliyi olan şəxs xaricə müalicəyə göndərilib. Onlardan 65 nəfərinin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına müalicə mərkəzində, 30 nəfərinin isə Latviyanın Yurmala şəhərindəki “Vaivari” sanatoriyasında bərpa müalicəsi təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info