Azərbaycanın cüdo üzrə ilk dünya çempionu- Elxan Məmmədov
Tarix: 03.09.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


“2015-ci il Avropa Oyunları və Braziliyadakı Yay Olimpiya Oyunlarında da çempion olmaq istəyirəm”

Braziliyada keçirilən cüdo üzrə Dünya Çempionatında 1 qızıl və 1 bürünc medal qazanan yığma komandamız artıq Vətənə qayıdıb. Dünya çempionu Elxan Məmmədovu hava limanında ailə üzvləri, yaxınları, dostları və jurnalistlər qarşılayıb. Azərbaycan idmanı tarixində cüdo üzrə ilk dünya çempionu olan Elxan Məmmədov jurnalistlərə müsahibəsində Rio-De-Janeyrodakı çıxışından, rəqiblərdən və karyerasının ən böyük qələbəsindən danışıb:

- Braziliyaya yola düşəndə özünüzə inam var idimi?
- Əlbəttə, mən çox istəyirdim dünya çempionu olum. Azərbaycanda cüdo üzrə dünya çempionu yox idi. Məhz buna görə də məqsədim yalnız qızıl medal qazanmaq idi. Sözsüz, çətin oldu. Hələ yorğunluqdan çıxmamışam. Yorğun olduğumdan çox danışa bilmirəm. Bir müddət sonra düşünəcəm və çempionatdakı çıxışımı analiz edəcəyəm. Bu qələbə təkcə mənim deyil, bütün xalqımızın uğurudur.
- Hansı mərhələdə çempion olacağınıza ümidiniz artdı?
- Yarış çox çətin başladı. İlk görüş olduqca çətin oldu. Rəqib mənə 2 dəfə "yuko" fəndi işlətdi. Amma yaxşı ki, sonda qələbə mənim oldu. Getdikcə döyüşlər daha çətinləşir, amma qələbə həvəsi artırdı. Finaldakı rəqibim holland cüdoçusu çox təcrübəli idi. İlk dəqiqələrdən çox diqqətli idim. Fikirləşirdim ki, bura qədər gəlmişəm, gərək qızıl medal mənim olsun. Şükürlər olsun ki, çempion oldum.
- 31 yaşlı Elxan Məmmədov üçün çempionluq nə deməkdir?
- Karyeramın ən böyük uğuruna imza atdım. Zəhmətimin bəhrəsini gördüm. Çempion olandan sonra zirvəyə gedən yolu yadıma saldım. Qələbə qazananda bütün yorğunluq çıxır. İndi çalışmaq lazımdır qarşıdakı yarışlarda da uğurla çıxış edək. Fikrimcə, millimizin çıxışı yaxşı alındı. 1 qızıl və 1 bürünc medal müsbət nəticədir.
- Dünya çempionatı Elxan Məmmədovun həyatında nəyi dəyişdi?
- Dövlət himnimiz səslənəndə qürur hissi yaşadım. Vətəni təmsil etmək şərəflidir. Qələbə qazananda daha şərəfli olur. Dünya çempionu titulu məni daha məsuliyyətli edəcək. İndi artıq titullu idmançı kimi bütün rəqiblər mənə qarşı daha ciddi hazırlaşacaqlar.
- Bakıda belə qarşılanacağını gözləyirdinmi?
- Hava limanında özümü çempion kimi hiss etdim. İlk dəfə isə final görüşü başa çatandan sonra göz yaşlarımı saxlaya bilmədim. Qələbədən sonra ağlamaq tam başqa hisslərdir. Onda başa düşdüm ki, dünya çempionuyam. Sağ olsunlar, daim qalib gələn idmançılar yüksək səviyyədə qarşılanır. Böyük sevinci görmək sevindiricidir. Həm də məsuliyyətdir. Çünki bu insanlar bundan sonra məndən medal gözləyəcək.
- 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak şanslarını necə qiymətləndirirsən?
- 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında iştirak edəndə medal şanslarım çox idi. Amma alınmadı. Onda bəziləri deyirdi ki, Elxan güləşə bilmir və sair. 2012-ci il London Olimpiadasında da ümumiyyətlə, komandamız pis çıxış etdi. "Qara zolağ"a düşmüşdük. Bu qələbə ilə nəyə qadir olduğumu göstərdim. Gələn il keçiriləcək Dünya Çempionatında da qızıl medal qazanmaq istəyirəm. Eyni zamanda 2015-ci ildə Avropa Oyunlarında, sonra isə Braziliyadakı Yay Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm.
- Qələbəni kimə həsr edirsən?
- Qələbə bütün Azərbaycanındır. Yaxınlarım deyir, final gecə saatlarında keçirilməsinə baxmayaraq, hamı izləyirdi. Xalqım mənə dəstək olduğu üçün qələbə hamımıza məxsusdur.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info