Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıb
Tarix: 17.10.2019 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan əhalisinin sülhə hazırlanması və gərginliyin azaldılması üzrə təhlükəsizlik və humanitar tədbirlərin icra olunması prespektivlərini alqışlayır.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfərlərinin yekunlarına dair bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, həmsədrlər oktyabrın 15-də Yerevanda Ermənistan baş naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər, hər iki ölkənin paytaxtında bu ölkələrin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar. Səfər zamanı həmsədrlər Dağlıq Qarabağda bölgənin qondarma “rəhbərliyi”, Bakıda isə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri ilə də görüşüblər.
Dağlıq Qarabağda olarkən vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlər haqqında məlumatlandırılıblar.
Bəyanatda bildirilib ki, hər iki ölkənin liderləri həmsədrlərə MDB ölkələrinin Aşqabad sammitində baş tutmuş söhbət barədə məlumat verərək, münaqişənin həlli prosesinin irəliləməsi üçün fikirlərini təqdim ediblər. Bəyanatda o qeyd olunub ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri bu ilin sonunadək həmsədrlərin himayəsi ilə görüşmək niyyətini təsdiq edib. Həmsədrlər yaxın zamanlarda Vyanaya yola düşərək ATƏT-in Daimi Şurasını və Minsk qrupunun üzvlərini məlumatlandıracaq.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
“Münaqişənin bu variantda həlli…”
07.12.2019
İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info