Seçkinin yekunları ilə bağlı məlumatlar operativ şəkildə əldə ediləcək
Tarix: 03.09.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılıb və “elektron hökumət” portalına qoşulub”. Bu sözləri MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov jurnalistlərə müsahibəsində deyib.
Rüfət Gülməmmədov bildirib ki, Prezidentin 2011-ci ildə imzaladığı müvafiq sərəncama uyğun olaraq dövlət qurumlarında elektron xidmətlərin inkişafı üzrə tədbirlər həyata keçirilir. Həmçinin 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunub. Həmin Tədbirlər Planına uyğun olaraq, hər bir dövlət qurumuna aid müvafiq bəndlər nəzərdə tutulub. MSK-ya aid bənddə seçki prosesində müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi qeyd olunub. Bu iki mühüm sənəddən irəli gələn tədbirləri həyata keçirmək üçün müəyyən addımlar atılıb.
MSK-nın seçicilərə göstərdiyi elektron xidmətlərin sayının hazırda 6 olduğunu deyən Rüfət Gülməmmədov vurğulayıb ki, seçki günü əlavə 3-4 xidmətin də göstərilməsi nəzərdə tutulub. Diqqətə çatdırıb ki, ümumilikdə 9-10 elektron xidmət “elektron hökumət” portalı vasitəsilə seçicilərin istifadəsinə veriləcək.
Qeyd edilib ki, əvvəlki illərdə seçicilər seçici siyahısında adlarını axtarmaq üçün mütləq öz dairələrini bilməli idilər. Hazırda isə seçicilər “elektron hökumət” portalına inteqrasiya olunmuş xidmət vasitəsilə adını, soyadını, atasının adını, cinsini və təvəllüdünü yazmaqla səs verəcəyi məntəqəni və həmin məntəqənin aid olduğu dairəni müəyyənləşdirə bilərlər. Seçicilər həmin dairənin və məntəqənin yerini xəritə üzərində görmək imkanı da əldə edəcəklər. Onlar, həmçinin daimi yaşadıqları ünvanın parametrlərini daxil etməklə də dairəni və məntəqəni müəyyənləşdirə bilərlər. Hər iki halda əgər seçici adını siyahıda tapa bilməsə “elektron hökumət” portalına daxil edilmiş müvafiq xidmət vasitəsilə məlumatlarını onlayn şəkildə MSK-ya təqdim edə bilər.
MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov vurğulayıb ki, seçicilər istədikləri dairə və məntəqənin nömrəsini seçməklə onun ünvanını əldə edə bilərlər. Həmçinin seçicilərin MSK-ya olan müraciətlərinin məzmunu da genişləndirilib. Artıq 5 adda müraciət forması mövcuddur. Seçicilər onlayn şəkildə müraciət formasının birini seçərək müraciətlərini MSK-ya göndərə bilərlər. Diqqətə çatdırılıb ki, seçki günü 1000-ə yaxın məntəqədə veb-kameralar quraşdırılacaq. “Elektron hökumət” portalı və MSK-nın müvafiq internet səhifələri vasitəsilə həmin veb-kameralara qoşulmaqla səsvermə prosesini canlı izləmək mümkün olacaq. Seçkinin yekunları ilə bağlı ilkin məlumatlar da müvafiq xidmətdən istifadə etməklə operativ şəkildə əldə ediləcək. Bu istiqamətdə addımlar davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info