ARDNŞ kadrlarla bağlı öz standartlarını hazırlayır
Tarix: 03.09.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Rövnəq Abdullayev: “Gənclər hansı kursları keçməli, hansı bilik, savad və meyarlara cavab verməli olduqlarını bilməlidirlər”

Azərbaycan Dövlət Neft Şirkəti Karyeranın idarə edilməsi sisteminin tətbiqi ilə bağlı tədbir keçirib. Tədbir Azərbaycanda beynəlxalq standartlara uyğun vəzifə standartlarının hazırlanması və qəbul edilməsinə həsr olunub.
ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sözlərinə görə, artıq qurumun informasiya texnologiyaları şöbəsi və Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsi tərəfindən 927 vəzifə standartı hazırlanıb. Sonra vəzifə standartları ilə bağlı təqdimat keçirilib. Layihənin əlaqələndiricisi Elvin Muradov bildirib ki, bu standart 6 strukturdan ibarətdir. O, vəzifə standartında olan layihənin məqsədi, biznes prosesinin analizi, iş analizi, vəzifə standartı barədə ətraflı məlumat verib. Bundan başqa, vəzifə standartına işə götürülənin attestasiyası, əmək haqqı ilə bağlı müəyyən analizlər də daxildir. Bu proses işə qəbul prosesini də daha da asanlaşdıracaq. ARDNŞ prezidenti Rövnəq Abdullayev tədbirdə bildirib ki, peşəkar kadrların hazırlanması və hər bir işdə peşəkar kadrların tapılması ən çətin işdir. Onun sözlərinə görə, ARDNŞ bununla bağlı öz standartlarının hazırlanmasına başlayıb: “ARDNŞ-də çalışan hər bir işçi, mühəndis bu standartlara cavab verməlidir. Əsasən də gəncləri bu işə cəlb edirik. Məqsədimiz bu gənclərin gələcəyini təmin etməkdir. Onlar ARDNŞ-də işləmək üçün hansı kursları keçməli, hansı bilik, savad və meyarlara cavab verməli olduqlarını bilməlidirlər. Bu səbəbdən yeni sistemin həyata keçirilməsinə başlanılıb. Biz 1 ildə olduqca ciddi işlər görmüşük, tez bir müddətdə bunu təsdiq edəcəyik”




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info