Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
Tarix: 18.10.2019 | Saat: 12:01:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyasında 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
Tədbir Dövlət himninin səslənməsi ilə başlayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov tədbirdə çıxış edərək Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu günün Azərbaycan xalqının müstəqillik yolundakı tarixində böyük hadisə kimi səciyyələndirib. Qulu Novruzov bildirib ki, müasir, inkişaf etmiş və güclü Azərbaycan məhz xalqımızın milli-azadlıq hərəkatı, müstəqillik uğrunda mübarizəsinin nəticəsində əldə olunub. 28 il əvvəl üçrəngli bayrağımızı ucaldaraq suveren dövlətimizi yaratsaq da dünyada baş verən mürəkkəb siyasi proseslər, dövlət idarəçiliyindəki boşluqlar və xarici təcavüz nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi yarandı. Lakin ömrünün hər anını xalqının gələcəyinə, vətənimizin çiçəklənməsinə həsr edən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi. Bu gün Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası iqtisadi tərəqqiyə nail olaraq regionun lider ölkəsinə, dünya birliyinin etibarlı tərəfdaşına, mötəbər dövlətə çevrilib-deyə sözünə davam edən Akademiyanın rəisi müasir gənclərin öz tarixini mükəmməl öyrənməli olduqlarını bildirib, onlara bu günün mahiyyətini və tarixi aspektlərini kifayət qədər dərindən mənimsəməyi tövsiyə edib.
Akademiyanın müəllimi Samir Həsənov Azərbaycan xalqının müstəqillik yolundakı tarixinə ekskurs edərək, dövlət müstəqilliyinin Azərbaycan xalqının tarixi haqqı olduğunu bildirib. O, öz məruzəsində Azərbaycan xalqının milli müstəqillik uğrunda azadlıq hərəkatının tarixindən söz açıb.
Sonra dövlət müstəqilliyi gününə həsr edilmiş videoçarx nümayiş olunub və tədbir bədii hissə ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb
21.11.2019
39 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21.11.2019
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi inşa olunacaq
21.11.2019
On ayda tütün, qida və içki istehsalı artıb
21.11.2019
Erkən nikahlar ailə dəyərlərimizə təhlükədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info