Eldar Namazov “milli şura”dan gedir
Tarix: 03.09.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


“El” hərəkatı qurumun sessiyasını boykot etdi

Sentyabrın 3-də “milli şura”nın növbəti sessiyası keçirilən zaman ilginc olaylar yaşanıb. Sessiyada iştirak etmək üçün “milli şura”nın 131 üzvündən 64 nəfəri qeydiyyatdan keçib. Məlumata görə, iclasda iştirak etməyənlər arasında “milli şura” aparatının rəhbəri, “El” hərəkatının sədri Eldar Namazov da olub.

Maraqlıdır ki, “El”dən Zəfər Quliyev, Eldəniz Quliyev və Köçəri Nağıbəyli də sessiyada iştirak etməyiblər. Açıq Cəmiyyət Partiyasından sədr Sülhəddin Əkbər sessiyada iştirak etsə də, partiyanın digər üzvləri tədbirə qatılmayıb. Xüsusilə də Zəminə Dünyamalıyevanın bu tədbirə qatılmaması diqqətçəkən məqam olub. Ümumilikdə isə tədbirin gedişində bir neçə şəxsin toplantıların davamiyyətinə biganə yanaşanları ciddi cəzalandırmaq təklifi də ortalığa atılıb. Lakin bu müzakirə mövzusu olmayıb.
Xatırladaq ki, “milli şura”nın avqustun 23-də keçirilən sessiyasında birləşmiş müxalifətin ehtiyat vahid namizədi olaraq Cəmil Həsənli seçilmişdi. O zaman ACP üzvləri bu qərara etiraz etmişdilər. Hətta ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva sessiyadakı çıxışında bu qərara etirazını sərt şəkildə bildirmişdi. Əslində “El” də “milli şura”nın sədri və müxalifətin prezidentliyə vahid namizədi, Rusiya vətəndaşlığı ilə bağlı “pasport krizisi” yaşayan, bu üzdən Bakıya gələ bilməyən Rüstəm İbrahimbəyova alternativ namizədin seçilməsi ideyasına qarşı çıxırdı. Bugünkü boykot qərarı da böyük ehtimalla bununla bağlıdır...
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info