Əsəd: “Suriyaya müdaxilə Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olacaq”
Tarix: 03.09.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Suriya hökumətinin kimyəvi silah tətbiq etdiyinə dair yeni kəşfiyyat məlumatları açıqlanıb

“Suriyaya zərbənin endirilməsi ekstremizmin yayılmasına gətirib çıxaracaq. Həmçinin bu, Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər”. “RİA Novosti”nin məlumatına görə, bunu “Fiqaro” qəzetinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib. “Yaxın Şərq alovun yaxınlaşdığı barıt çəlləyinə bənzəyir” - deyə o vurğulayıb. Kənardan hərbi müdaxilənin olacağı halda Suriyanın cavabına gəldikdə isə Əsəd bunun baş verəcəyi təqdirdə müharibənin bütövlükdə bir bölgəni əhatə edəcəyini deyib:

“Heç kim bilmir, nə baş verəcək. Barıt çəlləyi partlayandan sonra hamı duruma nəzarəti itirəcək. Xaos və ekstremizm yayılacaq”. İran da təxminən eyni bəyanatla çıxış edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib ki, Suriyaya istənilən hərbi müdaxilə Yaxın Şərqə yayılacaq. Onun sözlərinə görə, bölgənin çıxılmaz böhrana salınmaması lazımdır: “Suriyaya hərbi müdaxilə mövcud vəziyyətin aradan qaldırılmasına yardımçı olmayacaq. Əksinə bu ölkədəki böhranın daha da artmasına gətirib çıxaracaq”. M.Əfxəm deyib ki, mövcud böhranın həlli üçün siyasi həll yolu axtarmaq lazımdır: “Bəzi ölkələr tərəfindən bəslənən mütəşəkkil terrorçu qruplara qarşı hamılıqla mübarizə aparmaq zəruridir”.

Angela Merkel: “Almaniya ABŞ-ın Suriyaya qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək”

Qeyd edək ki, ABŞ Senatının Xarici işlər komitəsində Suriyadakı münaqişəyə silahlı müdaxilənin məqsədəuyğunluğu müzakirə olunacaq. Senatorlar qarşısında dövlət katibi Con Kerri, Pentaqon rəhbəri Çak Heyqel və qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Martin Dempsi çıxış edəcəklər. Bundan sonra Suriya məsələsi ilə bağlı məxfi dinləmələr keçiriləcək. Tam tərkibdə Senat və Nümayəndələr Palatası müzakirələrə sentyabrın 9-dan sonra başlayacaq. Bu arada Almaniya və Fransa xüsusi xidmət orqanları Dəməşq yaxınlığında kimyəvi silah tətbiqinə görə məsuliyyəti Suriya hökumətinin daşıdığını isbatlayan yeni sübutlar açıqlayıb. “Der Spiegel” nəşrinə açıqlama verən Almaniya xüsusi xidmət orqanlarının (BND) təmsilçisi bildirib ki, bir çox dəlillər kimyəvi silah tətbiqinə dair günahın Suriya prezidenti Bəşər Əsədin üzərində olduğunu isbatlasa da, bunu birbaşa təsdiqləyəcək sübut hələlik yoxdur. BND rəhbəri Qerxard Şindlerin sözlərinə görə, texniki baxımdan yalnız hökumət qoşunları içərisində zarin qazı olan mərmiləri tətbiq etmək imkanına sahibdir. BND bir çox dolayı sübutlarla yanaşı, Suriya hökumətini dəstəkləyən “Hizbullah” təşkilatının təmsilçisinin telefon danışıqlarını təqdim edib. Danışıqlarda “Hizbullah” təşkilatçısı bildirir ki, Əsəd kimyəvi silah tətbiq etməklə səhvə yol verib. Fransa kəşfiyyatı da Suriya ilə bağlı məlumatları açıqlayıb. Kəşfiyyatın məlumatlarına görə, peykdən çəkilən şəkillər kimyəvi hücumun Suriya hökumətinin nəzarətində olan ərazidən həyata keçirildiyini təsdiqləyir. Son məlumatlara görə, Suriyada davam edən döyüşlərdə daha 100 nəfər həlak olub. Müxalifət silahlıları paytaxt Dəməşq ətrafında irəliləyiblər. “Əl-Cəzirə” telekanalının məlumatına görə, hökumət qüvvələrinin 35 hərbçisi müxaliflərin tərəfinə keçib. Bu arada ABŞ prezidenti Barak Obama Konqresin Suriyaya hücum məsələsində tərəddüd edən üzvlərini razı salmaq üçün səfərbərlik kampaniyasına başlayıb. Artıq Konqresin 70 üzvü istirahətini yarımçıq qoyaraq Vaşinqtonda toplanıb. Digər tərəfdən Almaniya kansleri Angela Merkel bəyan edib ki, ölkəsi ABŞ-ın Suriyaya qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək. Almaniya bu məsələdə yalnız NATO və BMT-nin qərarı ilə hərəkət edəcək. Ərəb dövlətlərinin xarici işlər nazirləri də Suriya problemi ilə bağlı Qahirədə fövqəladə toplantı keçiriblər. Suriyada kimyəvi silahdan istifadəyə görə bütün məsuliyyəti hökumətin üzərinə atan iştirakçılar BMT və beynəlxalq ictimaiyyətə müraciət edərək qanun çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıblar.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info