Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
Tarix: 19.10.2019 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Dərindən nəfəs alıb verin və bu məqaləni oxuyun. Çünki "bütün xəstəliklər əsəbdən, stresdəndir" frazasının açıqlamasını izah edəcəyik.
Uzun müddətli, yəni ən azı 3 ay stress orqanizmi həqiqətən çökdürür və bəzi xəstəlikləri xroniki həddə keçir, bəziləri isə yeni yaranır.
Medicina.az əsəb və emosional gərginlikdən yaranması sübut olunan 7 xəstəliyi təqdim edir.

1.Yuxusuzluq, yuxu pozğunluğu
İşdə, ailədə problemlər, gecə yatağa girəndən sonra evin, uşağın, valideynlərin, işdəkilərin dərdini götür-qoy etmək, maddi sıxıntılar, ən xırda detallara qədər beyində danışmaq - tanış mənzərədir?
Bütün bunlar orqanizm üçün vacib olan yuxunu pozur, beyniniz, vəziləriniz dincəlmir və səhəri siz ikiqat artıq streslə yenidən işə gedirsiz və bu effekt yığılır. Nəticədə siz tez qocalırsız, orqanizm toksinləşir, melanoma sintez olunmur.

2.Həzm sistemi problemləri
Stress qastrit,xora, qıcıqlanmış bağırsaq sindromu, hətta köp, ishal belə verə bilir. Mədə nevrozu adlanan simptomu yəqin ki, eşitmisiz. Deyirlər ki, insanların çox stresini yeməklə çıxarır. Hər ağır iş günündə, əsəbləşəndə, mübahisədə şirin və yağlı qidaları aşırı qəbul edir. Stresdə olan insanın əli daim ağzındadır. Amma elələri də var ki, əksinə, sanki mədə yolu bağlanır, udlaqda düyün, daş hiss edir, yeməkdən tam imtina edir, ağzı bağlanır. Stresin yaratdığı bu halqadan xilas olmaq üçün az qala bütün həkimləri gəzir, bircə nevroloqdan başqa. Ayı xəstəliyi deyilən bir sindrom da var ki, orqanizm stresə diareya, ishal ilə cavab verir.

3.Ürək xəstəlikləri
Emosional gərginlik ürəyə çənfi təsir edir, onun ritmini, vurğusunu dəyişir. Əsəbləşəndə ürək və əzələləri daha tez-tez yığılır, fövqəladə rejimdə işləyir, adrenalin artır. Bu da təzyiqi və ritmi yüksəldir. Belə insanlar sonunda taxikardiya, aritmiyaya gəlib çıxır.
Eləcə də "qırılmış ürək sindromu" adlanan xüsusi xəstəlik də stresdən yaranır. Qanda adrenalinin çox olması ürəyi qocaldır, sanki söndürür.

4.Reproduktiv sistemin pozulması
İntim sferada stress, qarşı tərəfdən narazılıq, libidin azalması, sonsuzluq belə yarana bilir. Qadınlarda menstruasiya pozulması, kişilərdə impotensiya, ereksiya pozulması baş verir.

5.Sidik ifrazatında pozulmalar

Yəqin ki, siz azyaşlı uşaqlarda müşahidə etmisiz, onlar yad yerdə olanda tualetə getmirlər. Bunu qəsdən etmirlər, həqiqətən də stresdən onlarda sidik refleksi siqnalı getmir.
Böyüklərdə də belə olur, sidik ifrazı azalır, bununla da böyrəklərdə nefrit yaranır. Ona görə deyirlər ki, stress, qorxu böyrəkləri də çökdürür. Uzun müddət sidik kisəsi və böyrəklərdə sidiyin yığılıb qalması infeksiyanın yaranmasına da səbəb olur.

6.Alkoqolizm
Kişilər niyə nevroz olmur, çünki stresi, əsəbi içərək basdırırlar. Daimi alkoqol qəbulu getdikcə asılılıq yaradır, insan əyyaşa çevrilir, orqan və sistemləri alkoqolizmdən qaynaqlanan xəstəliklərə tutulur. Qaraciyər, mədəaltı vəz sıradan çıxır, orqanizm toksinləşir. Alkoqolizm özü də xəstəlikdir, uzun müddətə müalicə tələb edir.

7.Psixi xəstəliklər
Nevroz, depressiya, psixoz, müxtəlif ağrılar, fibromialgiya və digər ağlagələn, ağlagəlməz nevroloji xəstəliklər isə əsəbi insanlarda ömür boyu yol yoldaşı ola bilər. Bunların da müalicəsi uzun, çətin və bəzən səbəb aradan qalxmadığına görə effektsizdir.
Ona görə də hər əsəbləşəndə fikirləşin, buna dəyərmi?




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
23.11.2020
Yeni tədris ilinin rezidentləri Mərkəzi Gömrük Hospitalında rezidentura təhsillərinə başlayıblar
22.11.2020
Bu içki koronavirusa qarşı təsirlidir
20.11.2020
Biz bu qış COVİD-19-a qarşı peyvəndi əldə edə bilməyəcəyik - Baş infeksionist
19.11.2020
Siqaret çəkənlərin “Covid-19“ infeksiyasından müalicə prosesi daha çətin keçir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info