Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
Tarix: 19.10.2019 | Saat: 13:10:00 | E-mail | Çapa göndər


Bu gün Bal yarmarkasında iştirak edən arıçılar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təltif ediliblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, mükafatlandırılma mərasimində 321 arıçıya yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 24 arıçıya keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı” sertifikatı, 38 arıçıya nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı”, 10 arıçıya isə www.bal.kendden.az saytında keçirilən reytinq sorğusuna əsasən müştərilər tərəfindən məhsulları yüksək qiymətləndirildiyinə görə “Reytinq sertifikatı” təqdim edilib.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında ölkənin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Hər arıçı satışa hər arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququna malik olub. Yarmarkaya təqdim olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlanılıb. Satışa keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Paytaxt Şamaxıya köçürülür?
07.12.2019
Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub
07.12.2019
Azərbaycanda qadın və kişilərin orta nikah yaşı çoxalıb
06.12.2019
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
05.12.2019
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə görüləcək işlər müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info