Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
Tarix: 20.10.2019 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Avtomobil sənayesində aparılan sonuncu araşdırmalar göstərir ki, uçan maşınlar artıq yaxın gələcəkdə real ola bilər. Söhbət "VTOL" şaquli uçuş və eniş avtomobillərindən gedir. Bundan başqa "Volvo" şirkəti avtomobil və təyyarəni bir korpusda birləşdirən "Transition" layihəsi üzərində işləyir.
Məşhur "Rolls-Royce" şirkəti müasir uçan avtomobillərin istehsalı üçün lazım olan şaquli uçuş və eniş texnologiyasını artıq yaradıb. İstehsalçı bildirir ki, mühərriklərin elektrikləşdirilməsi sənaye texnologiyaları bazarında qaçılmaz tendensiyadır. "Aerospace" və "Rolls Royce" şirkətlərinin nümayəndələri iddia edir ki, uçan avtomobillər elektromobillərlə müqayisədə ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitəsi ola bilər.
Xpressa.net bildirir ki, uçan avtomobillərin yaradılması üzrə ixtisaslaşan "Terrafugia" şirkəti artıq hibrid, uçan elektromobilin prototipini təqdim edib. Saatda 100 kilometr sürət yığa bilən maşın bir dəqiqə ərzində təyyarədən avtomobilə transformasiya ola bilir. Təkmilləşdirilmiş model müasir dizaynlı oturacaqlar, hibrid elektrik motoru, yaxşılaşdırılmış kəmərlər və təhlükəsizlik yastığı, həmçinin arxa görünüş kameraları ilə təchiz edilib. Təhlükəsizliyin artırılması məqsədilə avtomobildə paraşüt sistemi quraşdırılıb. Qeyd etmək lazımdır ki, bu cür qeyri-adi nəqliyyat vasitəsini idarə etmək üçün sürücüdən pilot lisenziyası tələb olunacaq.
Hazırda yalnız iki sərnişinin yerləşdiyi model təqdim olunub. Tezliklə dörd nəfər üçün nəzərdə tutulan "TF-X" modeli təqdim ediləcək. Model kompyuterlə idarə olunacaq. Uçuş və eniş zolağına ehtiyac olmayacaq. Saatda 200 milədək sürət yığa bilən "TF-X" 500 milədək məsafə qət edə biləcək. Yığılıb açıla bilən qanadlara elektrik mühərriki quraşdırılacaq. Bu da korpusun asanlıqla üfüqi vəziyyətdən şaquli vəziyyətə keçməsinə imkan yaradacaq. Elektromobillərdən tam istifadə etmək üçün uçan elektrokarların sahibləri enerji stansiyasına baş çəkə və mühərrikdəki batareyaları müstəqil şəkildə doldura biləcəklər.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Kişilərin azlıq təşkil etdiyi ölkələr
08.12.2019
Dünya suyun altında qala bilər
08.12.2019
9 yaşlı universitet tələbəsi: “Məqsədim insan ömrünü uzatmaqdır“
08.12.2019
Axşam yemək yeməyin qadınlar üçün riskləri
07.12.2019
Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info