İsveçdə pensiya yaşı artırılır
Tarix: 20.10.2019 | Saat: 14:02:00 | E-mail | Çapa göndər



İsveç parlamenti ölkədə pensiya yaşının artırılmasına səs verib. Bu, onunla bağlıdır ki, Krallıq vətəndaşları bir çox digər Avropa ölkələrinin vətəndaşlarından, orta hesabla, daha uzun ömür sürür və daha sağlamdırlar. Nəticədə hökumət pensiya müavinətinə daha çox maliyyə vəsaiti xərcləməyə məcburdur.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, 2020-ci ildən başlayaraq İsveç təbəəsinin pensiya ala biləcəyi ən erkən yaş artırılaraq 61 yaşdan 62 yaşa çatdırılır. 2023-cü ildə minimal yaş 63 yaşa çatdırılacaq. Bu tədbirlər pensiya sisteminin dayanıqlığını dəstəkləmək üçün görülür. Qanun layihəsi müəlliflərinin sözlərinə görə, gəliri az olan və heç vaxt heç yerdə işləməyən vətəndaşların zəmanətli pensiya almaları üçün ən erkən yaş 2023-cü ildən 65 yaşdan 66 yaşadək artırılacaq. Vurğulanır ki, parlamentin qərarı ən çox məhz bu demoqrafik qrupdan olan insanlara toxunacaq.
Qeyd edək ki, sosial təminatın işsizliyə, xəstəliyə, əlilliyə, qocalığa görə müavinətlər, ailə başçısının itirilməsi ilə bağlı pensiya, habelə mənzil müavinəti kimi əlaqədar sistemləri pensiya yaşı artdıqca yenidən nəzərdən keçiriləcək və dəyişdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Kişilərin azlıq təşkil etdiyi ölkələr
08.12.2019
Dünya suyun altında qala bilər
08.12.2019
9 yaşlı universitet tələbəsi: “Məqsədim insan ömrünü uzatmaqdır“
08.12.2019
Axşam yemək yeməyin qadınlar üçün riskləri
07.12.2019
Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info