Rəsul Quliyev İsa Qəmbər və Əli Kərimliyə qəzəbləndi
Tarix: 04.09.2013 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Uzun müddətdir ki, “milli şura” daxilində liderlər arasında intriqalar və narazılıq dolu söz çəkişməsi gedir. Hətta iş o yerə çatıb ki, qurumda iki deyil, bir neçə qütbləşmə yaranıb. AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP lideri Rəsul Quliyev və b. siyasətçilərin sözlərinin düz gəlməməsi müxtəlif formada özünü göstərməkdədir. Onlar gah vahid namizədlik məsələsində prinsipiallıq göstərib öz maraqlarını qoruyurlar, gah hansısa ayrı-seçkilikdən gileylənib sərt fikirlər səsləndirirlər, gah da sanki müxalif düşərgədə mövqe savaşına qalxırlarmış kimi aşkar şəkildə müəyyən siyasi gedişlərlə nüfuzlarını artırmağa çalışırlar. Təsadüfi deyil ki, son günlərə kimi susmuş KXCP sədri Mirmahmud Mirəlioğlu da dilə gələrək “milli şura”da ayrı-seçkilikdən gileylənib.
Artıq ona daha bir “milli şura” lideri də qoşularaq qəzəb, giley-güzarını ortaya qoyub. Belə ki, lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) “milli şura”nın vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyasına buraxılmaması Rəsul Quliyevi də qəzəbləndirib. “Milli şura”nın üzvü olmasına baxmayaraq, qurum əleyhinə mövqe nümayiş etdirən eks-spiker AXCP və Müsavatı “milli şura”nı parçalamaqda suçlayıb.
Onun bununla bağlı açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə mövzusu da olub. R.Quliyev açıqlamasında “milli şura”nın hazırkı durumunu İctimai Palatanın zəifləmiş formasına bənzədib.
“İmzatoplama mərasimində təşəbbüsü 2 partiya- Müsavat və Xalq Cəbhəsi əllərinə alıb, o biri partiyaların - KXCP, ACP, ALP və o cümlədən “EL” hərəkatını bu işə cəlb etməyiblər. Faktiki olaraq “milli şura” adı altında İctimai Palatanın zəifləmiş formatı fəaliyyət göstərir. Bir sözlə, seçkiqabağı belə acınacaqlı vəziyyətin yaranmasının səbəbləri məlumdur, seçkilərdən sonra münasibət bildiriləcək. Bizim öhdəmizə düşən Cəmil müəllimi imkan daxilində təbliğ etməkdir və bu işi biz can-başla yerinə yetiririk. Sözsüz, bu iki partiya seçkilərin nəticələrinə görə məsuliyyəti də öz üzərlərinə götürüblər. Dialektikanın qanununa görə, səlahiyyət və məsuliyyət əkizdir, dəyişmək olmaz”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info