Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
Tarix: 21.10.2019 | Saat: 10:16:00 | E-mail | Çapa göndər


Tədqiqatlar göstərir ki, xəstəliklərin 25 faizinin səbəbi məhz sağlam olmayan ətraf mühitdir. Ətraf mühitin sağlamlaşdırılmasına kömək edə biləcək ən vacib addımlardan birincisi ağac əkməkdir.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev söyləyib.
Onun sözlərinə görə, ətraf mühitin sağlamlaşdırılması nəticəsində hər il dünyada 13 milyondan çox ölüm hadisəsinin qarşısını almaq mümkündür:
"Ətraf mühitdən daha səmərəli istifadə nəticəsində dünyada malyariyadan baş verən ölüm hallarının 40 faizinin, aşağı tənəffüs yollarının infeksiyalarının səbəb olduğu ölüm hallarının 41 faizinin, diareya xəstəliklərindən baş verən ölüm hallarının isə 94 faizinin qarşısını almaq mümkündür".
Q.Haqverdiyev əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü yalnız təbiətsevərlik deyil, həm də insansevərlikdir. Çünki atmosferin çirklənməsi tənəffüs sistemi xəstəliklərinin əsas səbəblərindən biridir:
"Əgər biz bu xəstəliklərin profilaktikası istiqamətində görülən tədbirləri gücləndirməyə çalışırıqsa, onda “təbiətin ağciyərləri”nə qayğı ilə, diqqətlə yanaşmağımız vacib şərtdir. Bu baxımdan, biz – ictimai səhiyyə mütəxəssisləri ətraf mühitin sağlamlaşdırılması istiqamətində ölkəmizdə irəli sürülən çox vacib və mühüm təşəbbüsü alqışlayır və böyük məmnuniyyətlə bu aksiyada yaxından iştirak etməyi arzulayırıq".




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Broyler toyuğunu antibiotikdən təmizləmək üsulu
07.12.2019
Vaxtaşırı aclıq pəhrizi, ömrü uzatmağın effektiv üsuludu
06.12.2019
Təzyiqiniz səhərlər qalxırsa...
05.12.2019
Ürək xəstələri üçün təhlükəli aylar gəlir
05.12.2019
Qara turpun bilmədiyiniz faydaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info