II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
Tarix: 21.10.2019 | Saat: 11:21:00 | E-mail | Çapa göndər


“InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində oktyabrın 21-də Heydər Əliyev Mərkəzində II “Bakı Elektron Ticarət Forumu” (“BEF-2019”) işə başlayıb. Forumun açılışında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün əlverişli mühitin mövcud olduğunu, tələbələrdən tutmuş, pensiyaçılara qədər hər kəsin bir və ya bir neçə bank kartının olduğunu qeyd edib. “İnternet bankçılıq inkişaf edir, logistika sahəsində bir çox dövlət və özəl şirkətlər fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın innovativ inkişafı sürətlə gedir. Təsdiq olunmuş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri uğurla icra olunmaqdadır”, - deyə nazir bildirib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömer Fatih Sayan bildirib ki, “Bakı Elektron Ticarət Forumu” elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma roluna malikdir. Azərbaycanın elektron ticarət və logistika sahəsində tətbiq etdiyi innovativ texnologiyalar bu sahələrin inkişafında böyük rol oynayır. Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya üzrə keçirilir. Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startaplar iştirak edirlər.

Anar




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
AzerTelecom-un stendi “Bakutel-2019” sərgisində ən innovativ stend seçilib
09.12.2019
“Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
07.12.2019
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
07.12.2019
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdimi bu ərəfədə aparılacaq
07.12.2019
OPEC və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”
5 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info