Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
Tarix: 21.10.2019 | Saat: 11:24:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, bankların və özəl təşkilatların rəhbər şəxsləri və menecerləri üçün İT təhlükəsizliyin əsasları sahəsi üzrə “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim keçirilib. Təlimin əsas məqsədi qurumlarda kibertəhlükəsizlik üzrə idarəetmə prosesində iştirak edən şəxslərin biliklərinin artırılmasıdır.
Tədbir iştirakçılarına dünyada trend sahələrdən biri olan kibertəhlükəsizlik sahəsinin əhəmiyyəti və bu sahə üzrə mütəxəssislərin hazırlanması ilə bağlı məlumat verilib.
Daha sonra “Kibertəhlükəsizliyin əsasları” (Cybersecurity essentials), “İnformasiya təhlükəsizliyi standartları” (Information security standards), “İnformasiya təhlükəsizliyi: texnologiya və həllər” (Information security tech and solutions), “Kibertəhlükəsizlik trendləri” (Cybersecurity trends) mövzuları üzrə iştirakçılara təlim keçirilib. Qeyd edək ki, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə informasiya və kibertəhlükəsizlik üzrə mütəmadi əsaslarla təlimlər keçirilir. Mütəxəssislərin hazırlanması məqsədilə növbəti təlim İT təhlükəsizliyin əsasları (CompTİA security+) mövzusunda olacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
“Pirotexniki vasitələrin istifadəsi zamanı insanlarda ciddi narahatçılıq yaranır”
09.12.2019
Aİİ-də “Vikipediya” könüllüləri ilə görüş keçirilib
08.12.2019
İtalyandilli portalda Heydər Əliyev Beynəlxalq Aeroportunun binasından bəhs olunub
08.12.2019
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq
07.12.2019
Xəzər suyunun temperaturunun yüksəlməsinin davam etməsi fəsadlar yarada bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info