Rusiya azərbaycanlıları İttifaqının mərkəzi aparatı Sankt Peterburqa səfər təşkil edib
Tarix: 21.10.2019 | Saat: 11:49:00 | E-mail | Çapa göndər


Rusiya azərbaycanlıları İttifaqının Prezidenti Fizuli Məmmədov və Təşkilatın mərkəzi aparatı üzvlərinin Rusiyanın şimal-qərb regionlarına səfəri davam edir.
Nümayəndə heyətinin növbəti silsilə tədbirləri Sankt – Peterburq şəhərində təşkil edilib.
Təşkilat nümayəndələri ilk olaraq Leninqradın blokadası ilə bağlı tarixi yerləri ziyarət edib, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsini yad ediblər. Nümayəndə heyəti Sankt- Peterburqda yaşayan azərbaycanlılarla bərabər Peterburq yaxınlığındakı Nizino kəndində qardaş məzarlığında torpağa tapşırılmış, ölümündən sonra Lenin ordeninə layiq görülmüş təyyarəçi, leytenant Hüseynbala Əliyevin məzarına əklil və gül dəstələri gətirib.
Rusiya Azərbaycanlıları İttifaqının Prezidenti Fizuli Məmmədov Leninqrad səmasında qeyri-bərabər döyüşdə düşmən təyyarələrini öz həyatı hesabına məhv etmiş Hüseynbala Əliyevin məzarının bərpası və həmin ərazidəki abadlıq işlərini öz üzərinə götürməyə hazır olduğunu bildirib. Səfər proqramına əsasən Leninqrad blokadası qurbanlarına Peskayov məzarlığında ucaldılmış abidə də ziyarət edilib, onun önünə əklil və gül dəstələri qoyulub. Bu məzarlığın ərazisindəki “Azərbaycanlı blokada qurbanları” xatirə lövhəsi də diqqətdən kənarda qalmayıb. Rusiyanın şimal paytaxtına səfər etmiş qonaqlar milli lider Heydər Əliyevin Qoroxov küçəsi 6 ünvanında yerləşən lövhəsinə də gül dəstələri gətiriblər.
Qeyd edək ki, bu ünvanda 20-ci əsrin 40-50-ci illərində Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbi fəaliyyət göstərmiş və 1949 – 50-ci illərdə Heydər Əliyev burda təhsil almışdır. Səfər çərçivəsində Peterburqun Azərbaycan icmasının fəalları ilə görüş təşkil edilib. İclas formatında keçən tədbirin iştirakçıları arasında Rusiya Azərbaycanlıları İttifaqının Prezidenti Fizuli Məmmədovun gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi üzrə müşaviri, ehtiyatda olan general mayor Bağır Fətullayev, Təşkilatın Leninqrad vilayəti üzrə təmsilçisi, Sankt-Peterburqun bələdiyyə şurasının deputatı Sabir Məsimov da olub. Baş mövzu olaraq diasporun gündəmi, mühüm problemlər və onların həlli yolları müzakirə edilib.
Tədbir iştirakçıları Rusiya azərbaycanlıları İttifaqına dəstək verdiklərini demiş və birliyin məhz sözügedən təşkilat ətrafında mümkünlüyünü əsaslandırmışlar. Çıxışlarda Fizuli Məmmədovun diasporumuz qarşısındakı xidmətləri xüsusi vurğulanmışdır. Daha sonra Rusiya Azərbaycanlıları İttifaqı adından Peterburqdakı “Bakı” Azərbaycan mətbəxi mərkəzində Müstəqillik Günü münasibətilə ziyafət təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Spitakda əhalinin 20 faizi hələ də evsizdir
07.12.2019
Rusiya Səhiyyə Nazirliyi ölkədə snus epidemiyası elan etdi
07.12.2019
Ermənistanda nazir müavini həbs edildi
07.12.2019
YPG/PKK sıralarından qaçan gəncin etirafları
06.12.2019
“Paşinyana qarşı narazılıqlar prosesi daha da sürətlənəcək”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”
5 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info