“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
Tarix: 21.10.2019 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


İnsan resursları hər bir müasir müəssisənin, təşkilatın uğurlu işinin əsasıdır. Kadrların idarə edilməsi sahəsində düşünlmüş siyasət istənilən müəssisədə əqli və emosional fəaliyyəti məqsədəuyğun edəcək. İnsan resursları insanların əmək, əqli və ya fiziki fəaliyyətində potensial imkanlarını əks etdirir. Ona görə də hər bir müəssisədə bu işi bilən insanların köməyinə ehtiyac duyulur.
2019-cu ildə təzəcə qurulan və fəaliyyətə başlayan “Opalus Partners Group” şirkəti məhz buna xidmət edir. Lazım olan vaxt və lazım olan yerdə İnsan Resursları barədə məsləhətlər almaq və qərarlar qəbul etmək istəyən müəssisələr şirkətə müraciət etsələr, bu onlara daha yaxşı, işgüzar qərarlar verməyə və daha yaxşı iş yeri qurmağa imkan verəcəkdir.
Şirkətin təsisçisi İR üzrə mütəxəssis Çimnaz Qasımovadır. Çimnaz xanım neft və bank sahələrində fəaliyyət göstərən çoxmillətli təşkilatlarda kadrların idarə edilməsinin müxtəlif sahələri üzrə 19 illik təcrübəyə malik yüksəkixtisaslı peşəkar mütəxəssisdir. Bu illər ərzində o, Qazaxıstan və Sinqapura uzunmüddətli ezamiyyətlərə göndərilmiş, təcrübəsini zənginləşdirərək bu sahənin dərinliklərinə, incəliklərinə yiyələnmişdir.
Çimnaz Qasımovanı bu şirkəti yaratmaqda əsas məqsədi öz təcrübəsindən yararlanaraq digər təşkilatlara İR funksiyası startapı, İR strategiyası yaratmağa yardım etmək, əmək haqqının idarə edilməsi, həvəsləndirici amillər planının hazırlanması və digər sahələr üzrə bir sıra korporativ təlimlər keçirməkdir. Qeyd edək ki, “Opalus Partners Group” şirkətinin keçirəcəyi təlimlər çərçivəsində “İşçi heyəti idarəetmənin əsasları”, “İşçi heyəti idarəetmə sahəsində İR peşəkarları üçün qanunvericiliyin əsasları”, “İstedadların idarə edilməsi”, "Mükafatlandırma ilə idarəetmə”, “Effektiv idarəetmə”, “Təşkilati inkişaf”, “Komandada işləmək bacarığı”, “Ünsiyyət bacarıqları”, “Zamanın idarə edilməsi”, “Motivasiya” və digər mövzülar da var.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
İtalyandilli portalda Heydər Əliyev Beynəlxalq Aeroportunun binasından bəhs olunub
08.12.2019
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq
07.12.2019
Xəzər suyunun temperaturunun yüksəlməsinin davam etməsi fəsadlar yarada bilər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”
5 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info