“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib – FOTOLAR
Tarix: 21.10.2019 | Saat: 11:56:00 | E-mail | Çapa göndər


Azərbaycan sığorta bazarında öz aktivliyi ilə seçilən “Qala Sığorta” şirkəti sığorta sahəsində maarifləndirmə proqramı çərçivəsində növbəti sosial layihəsini həyata keçirib. Şirkətin İctimaiyyətlə Əlaqələr xidmətindən verilən məlumata görə, Bakının A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyində təşkil olunan tədbirdə şagirdlər üçün “Qala Sığorta”nın əməkdaşları tərəfindən “sığorta nədir?”, “sığortanın növləri”, “sığortanın faydası” və digər mövzularda maarifləndirmə xarakterli təqdimat keçirilib. Tədbirin sonunda sığorta ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıb və onlarla bu sahədə geniş müzakirə aparılıb. Qeyd edək ki, “Qala Sığorta” şirkəti sosial məsuliyyət prinsiplərini əsas tutaraq bu kimi sosial layihələrdə təşəbbüskar və ya dəstək göstərən kimi çıxış edir. Şirkət korporativ sosial məsuliyyətini daha dərindən düşünərək növbəti ildə də sosial layihələrə, o cümlədən sığortanın əhali arasında təbliğat, maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində, eləcə də bu kimi digər layihələr üzrə nəzərdə tutulmuş proqramlarını uğurla davam etdirmək niyyətindədir. Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir. Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir
08.12.2019
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti ölkəmizin cənub bölgəsində səfərdədir
08.12.2019
Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram”
08.12.2019
Hansı partiyalar parlament seçkisində iştirak edəcək?
07.12.2019
Ümid Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info