“Milli şura” üzvü Cəmil Həsənliyə səs verməməyə çağırdı
Tarix: 04.09.2013 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


“El” Hərəkatının sədri Eldar Namazovun müavini və qurumun “milli şura”dakı təmsilçilərindən və əsas fiqurlarından biri olan Köçəri Nağıbəyli müxalifət düşərgəsi üçün soyuq duş effekti yaradacaq sensasion açıqlama ilə çıxış edib.
O, seçkilərlə bağlı maraqlı fikirlər səsləndirərək insanların doğru seçim etməyini vacib sayıb. Sosial şəbəkələrdə yayılan və müxalifətçilər tərəfindən faciə kimi qəbul edilən açıqlamada K. Nağıbəyli Azərbaycan xalqına müraciət edərək, onları prezident seçkilərində üzvü olduğu “milli şura”nın vahid namizədi Cəmil Həsənliyə deyil, başqa bir namizədə səs verməyə çağırıb. “El” Hərəkatının rəsmisinin xalqdan dəstək istədiyi namizəd isə “Real” Hərəkatının həbsdə olan sədri, prezidentliyə namizəd İlqar Məmmədovdur.
K.Nağıbəyli bildirib ki, bu qərar onun şəxsi seçimidir və “El” Hərəkatında bununla bağlı heç kimin fikrini öyrənməyib: “El” Hərəkatında hamı müstəqil adamdır. Hər kəsin öz qərarı var. Mənim də qərarım odur ki, həbsdə olan bir adamı dəstəkləyim. Buna görə də xalqa çağırış edirəm ki, seçkilərdə İlqar Məmmədovu dəstəkləsinlər”.

Maraq üçün bildirək ki, “milli şura”da fikir ayrılıqları olsa da, qurumda təmsil olunan siyasətçilər qeyri-rəsmi olaraq seçki bitənə kimi yalnız vahid namizədlərinin təbliği ilə məşğul olacaqları öhdəlikləri götürübər. Onlar digər namizədlərin dəstəklənməsini ümumi işlərinə ziyan kimi qəbul ediblər. Bundan başqa həssas bir dönəmin olmasına baxmayaraq, Köçəri Nağıbəylinin Cəmil Həsənliyə deyil, məhz quruma aidiyyəti olmayan birinə simpatya göstərib onu dəstəkləməsi “milli şura”da ciddi çatların yaranmasından da xəbər vermiş oldu.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info