“Azərbaycanda uşaq oyunları liqaları yaradacağıq”
Tarix: 21.10.2019 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Mehmet Mutlu: “Türk birliyinin möhkəmləndirilməsi zərurətə çevrilib”

Türkiyənin Cocuq Oyunları və Spor Federasiyası (COSKF) Azərbaycanda “Oyun karvanı” adlı sosial layihə həyata keçirməyə başlayıb. Türkiyənin Cocuq Oyunları və Spor Federasiyasının (COSKF) sədri Mehmet Mutlu bu haqda “Palitra”ya özəl müsahibə verib.

- Azərbaycanda “Oyun karvanı” adlı sosial layihəni həyata keçirməkdə məqsəd nədir?

- Mən Azərbaycanı çox sevirəm. Azərbaycanlılar bizim qardaşlarımızdır. Çünki eyni millətik. Bu qardaşlığı daha da irəli aparmağımız lazımdır. Daha yeni əlaqələr qurmamız, yeni ticarətdə böyüməmiz lazımdır. Bizim də Türkiyənin Cocuq Oyunları və Spor Federasiyası (COSKF) olaraq məqsədimiz iki ölkə arasındakı münasibətləri daha da gücləndirməkdir. Bunun üçün Azərbaycanda ənənəvi uşaq oyunları üzrə yarışmalara start verdik. Oktyabrın 16-da “Sərhədçi” İdman Klubunda tədbirin açılış mərasimi baş tutdu. Ümumiyyətlə, federasiyanın məqsədi uşaqları xoşbəxt etmək, iki ölkə arasındakı dostluğu daha da möhkəmləndirməkdir. İnşallah, məqsədimizə nail olar, uşaqların üzündə bir təbəssüm yarada bilərik.
Biz Türkiyədə “Oyun karvanı” adlı sosial layihə həyata keçiririk və bölgələri dolaşırıq. Uşaqlarımızla milli oyunlar oynayırıq. Uşaqlarımız çox xoşbəxt olurlar. Biz də düşündük ki, bu ildən Azərbaycanda da bu festivalı keçirək və Azərbaycandakı uşaqlarımızı sevindirək. Uşaqların müxtəlif oyunlar oynamasını çox istəyirik. Çünki bizim şüarımız “Uşaqlar oyunla böyüyər”dir. Arzumuz uşaqların oyunlar oynayaraq böyüməsidir.

Mən Bakını çox bəyənirəm. Çünki Bakının özünəməxsus gözəlliyi var

Bu işdə federasiyamıza dəstək olan hər kəsə təşəkkür və şükranlarımızı bildirirəm. İnanıran ki, bu layihə Azərbaycan-Türkiyə uşaqları və yeniyetmələri arasında dostluğu, qardaşlığı möhkəmləndirəcək. Oyun karvanı Azərbaycanın bölgələrini gəzəcək. Oktyabrın 17-dən artıq regionlarda da tədbirlər keçirilməyə başlanıb. Ümumi olaraq, tədbir ölkənin 7 rayonunda təşkil ediləcək və oktyabrın 24-də Qazax şəhərində başa çatacaq. Bu "Oyun karavanı" sonra Azərbaycandan Türkiyəyə gedəcək.

- Bildiyiniz kimi, bugünlərdə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. Bu toplantının türk birliyinin möhkəmlənməsində nə kimi rolu var?

-Belə toplantıların keçirilməsi çox önəmlidir. Amma belə Zirvə görüşlərində komissiyalar yaradıb iqtisadi, mədəni, sosial sahədə konkret addımlar atılmalıdır. Məsələn, türkdilli dövlətlər öz milli valyutaları ilə tucarət edə bilmələri üçün bank sistemi yarada bilərlər. Çünki dollar və avro qarşısında türkdilli dövlətlərin iqtisadi müqaviməti çətinləşir. Bu baxımdan, belə toplantıların çox yararlı olacağına inanıram.
Biz türk miləti olaraq öz ağır sənayemizi qurmalıyıq. Əgət tank düzəldəcəyiksə, tankımızı özümüz düzəltməliyik, təyyarə düzəldəcəyiksə, təyyarəmizi özümüz düzəltməyimiz lazımdır. Ümumiyyətlə, elmdə, texnologiyada, sənayedə nə yenilik varsa, bunları özümüzün etməsi lazımdır. Bunun üçün də əl-ələ verib ağır sənaye həmləsini etməliyik.

Biz Türkiyədə “Oyun karvanı” adlı sosial layihə həyata keçiririk və bölgələri dolaşırıq. Uşaqlarımızla milli oyunlar oynayırıq

Bütün türklərin bir araya gəlməsi lazımdır. Dünyadakı 400 milyon türk bir olarsa, o zaman güclü ola bilərik. Türk birliyinin möhkəmləndirilməsi zərurətə çevrilib. Dünyanın yeni ictimai-siyasi düzəni qurulacaqsa, orada türk birliyinin yerini alması lazımdır. Amma bu da var ki, türklər öz birlik gücünü göstərəndə kənar iddialar da olacaq. Düşmənlər Türk millətinə qiyamətə kimi mane olmağa çalışacaqlar.
Yəni bizə qarşı olmaq üçün dünyada çox şeylər dəyişəcək. Buna da hazır olmaq lazımdır.

- Zirvə görüşləri ənənəvi olaraq əməkdaşlığın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb etdi. Siz həm də bir iş adamısız. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafını necə görürsüz?

-Təbii ki, ölkələr bir-birləri ilə ticarət edirlər. Türk dövlətləri arasında ticarət olması daha çox lazımdır. Amma mən işin sosioloji tərəfindən baxmağa çalışıram. Bizim, əslində, sosial və mədəni baxımdan bağlılığımızın olmadığını düşünürəm. Biz bir-birimizə inteqrasiya olmamışıq. Biz hələ bir-birimizi lazımi səviyyədə tanımamışıq. Məsələn, bu Zirvə Görüşünə Türkiyədən jurnalist Ahmet Hakan da gəlmişdi. O, Bakının gözəlliyini, tarixi ruhunu görmüş və heyranlıqla bunu qələmə almışdı. Yəni biz Bakını belə, yeni-yeni tanıyırıq. Mən Bakını çox bəyənirəm. Çünki Bakının özünəməxsus gözəlliyi var.

Uşaq heç zaman oynadığı oyunu unutmaz. Onlar bizi hər zaman bu oyunlarla xatırlayacaqlar. Biz də bunun üçün buradakı fəaliyyətimizə uşaq oyunları ilə başlamaq istədik. İnanıram ki, gələcəkdə Türk Dünyasında daha gözəl, daha maraqlı və faydalı layihələr baş tutacaq

Düşünürəm ki, bir-birimizi mədəni olaraq tanımamız baxımından tədbirlər və layihələr edilməlidir. Təbii ki, prezidentlərimiz çox yaxşı əlaqələr yaradıblar. Amma aşağı səviyyədə də bu əlaqələri davam etdirmək lazımdır. Məhz elə bizim uşaq oyunları ilə bağlı layihəmiz də bu missiyaya xidmət edir. Amma Azərbaycan uşaq oyunları da Türkiyədə tanıdılmalıdır.
Birlikdə millətimizi mədəniyyət xəmiri ilə yoğurmaq lazımdır. Gələcəkdə bir-birini tanıyan, anlayan, sevgi və sayğı bəsləyən millət olmamızı görmək istəyirik. Məqsəd odur ki, bir-birimizi unutmayaq. Uşaq heç zaman oynadığı oyunu unutmaz. Onlar bizi hər zaman bu oyunlarla xatırlayacaqlar. Biz də bunun üçün buradakı fəaliyyətimizə uşaq oyunları ilə başlamaq istədik. İnanıram ki, gələcəkdə Türk Dünyasında daha gözəl, daha maraqlı və faydalı layihələr baş tutacaq.

- Azərbaycanda uşaqlarla bağlı başqa nə kimi layihələr həyata keçirməyi düşünürsüz?

- Oktyabrın 16-da COSKF ilə Azərbaycan Məktəb İdmanları Federasiyası arasında memorandum imzalandı. Gələcək illərdə bu istiqamətdə daha geniş şəkildə fəaliyyət göstərəcəyik. Burada bizim uşaq oyunlarının liqalarını yaradacağıq.
Təbii ki, uşaqların oyunla böyüməsi lazımdır. Uşağın üzünün güləcəyi əsas yer, oynadığı məkandır. Uşağın sevinci, şadlığı ailəyə də keçir. Belə olanda ata və ana da şad olur. Uşağın qəmginliyi isə ailəni də üzər. Yəni ailəiçi sakitlik, dinclik uşaqdan keçir. Çünki uşaq ailənin hər şeyidir.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”
08.11.2019
Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
07.11.2019
“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
07.11.2019
“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”
04.11.2019
Natiq Əliyev: “Azərbaycanlılar xaricdə çox fəaldırlar”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info