“Popular Science”: “ABŞ Suriyaya qarşı qanadlı raketlərdən istifadə etməyi düşünür”
Tarix: 04.09.2013 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


ABŞ-ın “Popular Science” media orqanı Obama administrasiyasının Suriyaya qarşı istifadə etməyi planlaşdırdığı hərbi planlar barədə yazıb.
Media orqanı qeyd edir ki, Obama administrasiyası hazırda onun üzərində düşünür ki, hansı formada hərbi müdaxilə həyata keçirsin: “Yaxud öz ölkəsinə qarşı kimyəvi silah tətbiq etməkdə günahlandırılan Bəşər Əsədə qarşı silah işlətməyə dəyib-dəyməyəcəyini götür-qoy edir. Bu baxımdan ən etibarlı variant qanadlı raketlərdən istifadə etməklə Suriyaya aviazərbələr endirmək hesab edilir. Bu aviazərbələrlə hərbi və dövlət obyektləri, prezident sarayı və kimyəvi bazaları dağıtmaq nəzərdə tutulur”.
Bəs qanadlı raketlər nə deməkdir?

Qanadlı raket nədir?


Media orqanı yazır ki, qanadlı raketlər – sürətlə hərəkət edən və idarəolunan bombalardır: “Bu raketlər yerə çox yaxın və paralel bir şəkildə uçmaqla hədəfə doğru gedir. Bu raketlər qanadsız raketlərdən onunla fərqlənir ki, bunlar çox uzaq məsafəyə uça bilirlər. Onlar pilotsuz təyyarələrdən onunla fərqlənirlər ki, onların yerdə pilotu olmur. Onlar əvvəlcədən müəyyən edilmiş trayektoriya üzrə hərəkət edirlər və yalnız bir dəfə istifadə oluna bilərlər. İlk dəfə Almaniya qanadlı raketləri Birinci Dünya müharibəsi zamanı istifadə edib: Onlar “Fau-1” raketi adlanıblar. Bu söz almanca “vergeltung” (qisas) sözünün qısaldılmış formasıdır. İlk dəfə onlar Fransanın şimalındakı hərbi bazalardan Böyük Britaniyaya zərbə endirmək üçün istifadə edilib. “Fau-1” raketinin, ümumiyyətlə, bütün qanadlı raketlərin əsas hədəfi uzaq məsafədə yerləşən düşmənə zərbə endirmək və bu zaman pilot itkisinə yol verməməkdir”.

Qanadlı raket necə hərəkət edir?

Bütün qanadlı raketlər bort qurğu sistemi ilə təchiz olunub: “Amma onlar fərqli tiplərdə ola bilər. Məsələn, ABŞ Hərbi Qüvvələrinin 1984-cü ildən istifadə etdiyi “Tomohavk” raketləri “Terrain Contour Matching”sistemi ilə təchiz olunublar. Bu sistem altimetrin(ucalığı təyin edən alət) və inersiya ötürücüsünün köməyi ilə əvvəlcədən verilmiş xəritə əsasında uçuş trayektoriyasını təyin edir. “Tomohavk”ın daha yeni modelləri isə GPS-lə təchiz olunublar. Bundan başqa digər müxtəlif sistem təchizatları da mövcuddur.
Qanadlı raketlərin konstruksiyası isə demək olar ki eynidir. Onların əlbəttə ki, hərəkətvericisi var. Reaktiv hərəkətverici raketi irəli aparır. Qanadlı raketlərin nüvə döyüş başlıqları ilə təmin edilməsi də mümkündür. Amma qeyd edilir ki, qanadlı raketlərin çoxu qeyri-nüvəli və partlayıcı başlıqlı olur. Raketlərin ön hissəsində adətən təchizat sistemi yerləşir. Qanadlı raketlər qanadları və hərəkətvericiləri ilə çox vaxt pilotsuz təyyarələri xatırladır.
Qanadlı raketləri təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən və sairdən buraxmaq olar. ABŞ-dan başqa, qanadlı raketlər daha 70 dövlətin hərbi arsenalında var”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info