Rusiyanın Şimali Qafqaz Federal Dairəsi üzrə diaspor təşkilatı yaradılır
Tarix: 21.10.2019 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Pyatiqorsk şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Rusiyanın Şimali Qafqaz Federal Dairəsindəki əksəriyyət diaspor nümayəndələri iştirak ediblər.
Tədbirin açılışı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə olub. Sonra Azərbaycanın müstəqilliyinə həsr olunmuş videoçarx göstərilib. Mərasimi Azərbaycan "Araz" cəmiyyətinin Stavropol diyarı üzrə müavini və Pyatiqorsk şəhəri üzrə sədri Təhmasib Zeynalov açaraq bayaram münasibətilə Azərbaycan xalqını təbrik edib. Sonra söz Azərbaycan "ARAZ" cəmiyyətinin rəhbəri Qurban Əsədova verilib. Bunun ardınca söz Kislavodsk şəhərində dayaq dəstəsinin sədri Asif Musayevə, Yessentuki şəhərində dayaq dəstəsinin sədri Fərhad Əhmədova, Kabardin-Balkar Respublikasının diaspor rəhbəri, professor Əli Dadaşova, Azərbaycan "ARAZ" cəmiyyətinin Mineralnıevodı şəhəri üzrə sədrinin müavini Paşa Mahmudova, Azərbaycan "Araz" cəmiyyətinin Pyatiqorsk şəhəri üzrə sədrinin müavini Cavanşir İsmayılova, Qaraçay-Çərkəz Respublikasında “Odlar Yurdu” təşkilatının sədr müavini Haqverdi Məmmədova, İnquşetiyada “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri Rəhmətulah Babayevə, Azərbaycan “Araz” cəmiyyətinin gənclər şöbəsinin rəhbəri Araz Maharova, Pyatiqorsk şəhərində dini rəhbər İlqar Kamil və digər natiqlərə söz verilib.
Daha sonra Əli Dadaşov Şimali Qafqaz Federal Dairəsi üzrə diaspor təşkilatının yaradılması təklifini irəli sürüb. Qərara alınıb ki, bu təşkilatın yaradılması üçün təşəbbüs qrupu ərsəyə gəlsin. Və təşəbbüs qrupunun rəhbəri Təhmasib Zeynalov seçilsin. Təklif səsə qoyulub və yetkinliklə qəbul olunub.
Sonra bayram süfrəsi təşkil edilib. Ən nəhayət, mərasim iştirakçıları müstəqilliyimizə həsr olunmuş futbol yarışına qatılıblar.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Spitakda əhalinin 20 faizi hələ də evsizdir
07.12.2019
Rusiya Səhiyyə Nazirliyi ölkədə snus epidemiyası elan etdi
07.12.2019
Ermənistanda nazir müavini həbs edildi
07.12.2019
YPG/PKK sıralarından qaçan gəncin etirafları
06.12.2019
“Paşinyana qarşı narazılıqlar prosesi daha da sürətlənəcək”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”
5 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info