Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq
Tarix: 21.10.2019 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti (SC) “Bakı Metropoliteni” QSC üçün daha 60 yeni nəsil vaqonları istehsal edəcək. AZƏRTAC xəbər verie ki, bu barədə müqaviləni şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov imzalayıblar. "Metrovaqonmaş" SC-nin direktoru B.Boqatıryov jurnalistlərə müsahibəsində bildirib ki, müqaviləyə əsasən, 3 il ərzində Azərbaycana 4-cü nəslə aid 65-ci model vaqonlar göndəriləcək: “Vaqonların bazası bu ilin iyununda Bakıya yola salınmış vaqonlara uyğun olacaq. İstehsal müddəti ərzində, yəni 3 ildə bu vaqonların daha da modernləşdirilməsi üçün işlər görüləcək”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, bir neçə ay əvvəl də Bakıya 20 vaqon göndərilmişdi. Rahat və müasir vaqonlar müasir texnologiyalarla təmin olunub. Bakı sakinləri və şəhərin qonaqları bu vaqonlardan məmnuniyyətlə istifadə edirlər.
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov “Metrovaqonmaş” SC ilə əməkdaşlığı ümummilli lider Heydər Əliyevin bünövrəsinini qoyduğu siyasətin davamı kimi qiymətləndirərək vurğulayıb ki, ildə 800-dən çox vaqon istehsal edən “Metrovaqonmaş” SC üçün 60 vaqon çox deyil: “Bu müqavilə həm Rusiya tərəfi, həm də Azərbaycan tərəfi üçün faydalıdır. Belə ki, zavod öz məhsul istehsalını planlaşdırır, biz isə 3 il müddətinə sabit qiymət ödəyəcəyik”. Bakı Metropoliteni və “Metrovaqonmaş” Səhmdar Cəmiyyətini uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Müəssisə 1967-ci ildən Bakı Metropolitenini qatarla təmin edir. Bakı metrosunda hazırda 286 vaqon fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09.12.2019
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09.12.2019
AzerTelecom-un stendi “Bakutel-2019” sərgisində ən innovativ stend seçilib
09.12.2019
“Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
07.12.2019
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info