Paşinyanın “inkişaf” yalanı ifşa edilib
Tarix: 21.10.2019 | Saat: 18:50:00 | E-mail | Çapa göndər



Adibekyan: “Ermənistandakı işsizlərin sayının “azalması” onların ölkədə işlə təmin edilməsi ilə deyil, sadəcə olaraq, xaricdə iş axtarmaq üçün ölkəni tərk etmələri ilə əlaqədardır”


“Bu ilin ikinci rübündən başlayaraq Ermənistanda işsizliyin əhəmiyyətli dərəcədə aradan qaldırıldığı qeydə alınmaqdadır”. Bu barədə erməni baş nazir Nikol Paşinyan öz "Facebook" səhifəsində məlumat yayıb. Paşinyanın yazdığına görə, əgər 2018-ci ilin ikinci rübündə ölkədəki işsizlərin sayı 236,4 min nəfər təşkil edirdisə, bu ilin eyni dövrü ərzində bu rəqəm 207,200 nəfərə enib. Nikolun etimalına görə, hazırda ölkədəki işsizliyin səviyyəsi 17,7 faiz təşkil edir ki, bu da ötən illə müqayisədə 2,5 faiz azalma deməkdir. Hakimiyyətdə olduğu vaxtda ölkədə heç bir iqtisadi inkişafa belə, nail ola bilməyən Paşinyanın belə əminliklə danışması bir çox erməni siyasətçiləri tərəfindən narazılıqla qarşılanıb. Məsələn, erməni baş nazirin dediklərinə münasibət bildirən sosioloq Aharon Adibekyan Ermənistandakı işsizlərin sayının “azalmasını” onların ölkədə işlə təmin edilməsi ilə yox, sadəcə olaraq, xaricdə iş axtarmaq üçün ölkəni tərk etmələri ilə əlaqələndirir. Onun fikrincə, baş nazirin yaxın illərdə ölkədə işsizliyin tam aradan qaldırılacağı barədə dedikləri həqiqətə uyğun deyil: “Bu gün ölkədə xarici miqrasiyanın əsas səbəbi işsizliklə yanaşı, həm də ölkədə mövsümi işçilərə verilən məvaciblərin azlığı ilə bağlıdır”. Qeyd edək ki, son il yarım ərzində Ermənistanda insanların gündəlik həyatında maddi müstəvidə elə də ciddi dəyişikliklərin baş vermədiyini bildirən «Çiçəklənən Ermənistan» fraksiyasının üzvü Sergey Baqratyan isə bunu ölkədə hələ də yeni vasitələrin yoxluğu ilə əlaqələndirir. Onun fikrincə, ölkədə köhnə “paylama” mexanizminin qalacağı təqdirdə yenə də varlılar daha da zəngin və kasıblar isə kasıb olaraq qalacaqlar. “Tert.am” saytına danışan fraksiya üzvü, ilk olaraq, baş nazirin 2019-cu ildə 7 faizə çata biləcək iqtisadi artım mövzusuna toxunub. Baqratyana görə, hər bir ölkədə iqtisadi artım yeni vasitələrin istifadəsi nəticəsində yaranır ki, bu da hələlik Ermənistanda müşahidə edilməməkdədir. Amma buna baxmayaraq, əgər, doğrudan da ölkədə 7 faizlik artım olacaqsa, bu halda biz bunu əhalinin sosial cəhətdən həssas qrupları üçün əlçatan olacaq paylaşma şəkilində təşkil etməliyik: “Deməli, paylaşma elə təşkil edilməlidir ki, bundan daha çox əhalinin sosial cəhətdən əlverişsiz təbəqələri yararlana bilsin. Amma ölkəmizdə həmişə belə olub ki, yeddi faizin hamısı yalnız cəmiyyətin varlı təbəqəsinə aid edilib, yəni bu paylaşmadan daha çox imkanlılar yararlanıblar”. Fraksiya üzvünün sözlərinə görə, son il yarım ərzində insanların həyatında maddi planda heç bir xüsusi dəyişiklik baş verməyib: «Əvvəllər insanlar Ermənistanın inkişafına heç bir ümid bəsləmirdilər. Hakimiyyət dəyişikliyindən sonra buna az da olsa inam yaranmışdı, amma hakimiyyət dəyişikliyindən il yarım keçsə də, heç bir müsbət dəyişiklik baş verməyib. Bundan əlavə, yeni hakimiyyətin nə etdiyi və ya bundan sonra nə edəcəyi barədə heç bir planı yoxdur”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Spitakda əhalinin 20 faizi hələ də evsizdir
07.12.2019
Rusiya Səhiyyə Nazirliyi ölkədə snus epidemiyası elan etdi
07.12.2019
Ermənistanda nazir müavini həbs edildi
07.12.2019
YPG/PKK sıralarından qaçan gəncin etirafları
06.12.2019
“Paşinyana qarşı narazılıqlar prosesi daha da sürətlənəcək”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”
5 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info