Eldəniz Quliyev: “Milli şura”da fikir ayrılığı və çatlar var”
Tarix: 04.09.2013 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


“Milli şura”da təmsil olunan partiyalar mövqesizlik nümayiş etdirir”

“Milli şura”da təmsil olunan partiyalar bizə qarşı yönələn ittihamlarla bağlı mövqesizlik nümayiş etdirir”. Bu açıqlamanı “APA”ya “El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev verib. E. Quliyev deyib ki, “Milli Şura”dan narazılıq da, inciklik də mövcuddur: “Əsas narazılıq isə bizə yönələn təzyiqlərin qarşılığında, heç bir dəstək nümayiş etdirməmələridir: İki həftədir “El” hərəkatının rəhbərliyi istintaqa çağırılır. Amma müttəfiq olaraq, “Milli şura”da təmsil olunan partiyaların heç biri dünənə qədər münasibət bildirmədi. Bununla da onlar mövqesizlik nümayiş etdirmiş oldular. Bu da təbii olaraq, bizdə narazılıq yaratdı”.
E. Quliyev narazılıq yaradan başqa məqamların olduğunu da desə də, bununla bağlı danışmaq istəmədiyini deyib: “Təbii ki, daha fundamental narazılıq var və bununla bağlı da açıqlama veriləcək. Bundan narahat olan dostlarımıza bildirmək istəyirəm ki, ciddi narahatlığa əsas yoxdur. Müəyyən fikir ayrılığı və çatlar var ki, bunlar da yaxın zamanlarda öz həllini tapacaq”.
Onun sözlərinə görə, təmsil etdiyi hərəkatın “Milli şura”da təmsil olunan partiyalardan narazılığı parçalanmaya səbəb olma bilməz: “Biz “Milli şura”nı boykot edə bilmərik. Bəzi mətbuat orqanları yalana doğru libası geyindirərək, bizim “Milli şura”nı boykot etdiyimiz haqda fikirlər səsləndiriblər. “El” hərəkatı “Milli şura”nın əsas təsisçilərindən biridir. Bu mənada bizim bu qurumu boykot etməyimiz məntiqsizlikdir. “El” hərəkatının ayrılması “Milli şura”nın parçalanması deməkdir. Belə bir məsələ isə yoxdur”. E. Quliyev “Milli şura”dakı müttəfiqlərini səmimi olmağa da dəvət edib: “Burada əsas məsələlər gedilən yolun səmimiliyi və düzgünlüyüdür. Biz bir addımlayırıqsa, gərək bir-birimizə qarşı səmimi olaq”.
O, “Milli şura”nın ötən gün keçirilən sessiyasında üzvlərin az sayda iştirakına da öz münasibətini bildirib: “İclasda yetərsayın olub-olmadığını bilmirəm. Hər halda bu da bir siqnaldır. Bu əslində “Milli şura”ya, bu qurumu yaradan şəxslərə bir mesajdır. Gəlin, səhv buraxmayaq ki, mənzilbaşına çatmamış hərə bir istiqamətə getməsin”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info