500 tələbədən möhtəşəm fləşmob: VİDEO
Tarix: 22.10.2019 | Saat: 11:32:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaranmasının 6 illiyi, ASCO loqosunun təqdimatının bir illiyi münasibəti ilə möhtəşəm fləşmob keçirilib.
Fləşmob Azərbaycan Dövlət Dəniz Akademiyasının 500 nəfər tələbəsinin iştirakı ilə baş tutub. Belə ki, tələbələr Dəniz Nəqliyyatı Donanmasının ərazisində bir araya toplaşaraq ASCO-nun loqosunu canlandırıblar.
Bununla da gənclər özündə milli və dənizçilik ruhunu ehtiva edən ASCO loqotipi ətrafında birləşərək həmrəy olduqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, ciddilik, dəqiqlik, gücü təcəssüm etdirən loqotip qurumun abreviaturası formasında dizayn edilib. Abreviaturadakı “O” hərfi lövbər və xilasetmə dairəsinin simvolik qarşılaşdırılmasından əmələ gəlib.
Emblem vahid mərkəzdən idarəetməni, tamlığı, qurumun iş prinsiplərində hərtərəflilik, çeviklik, pozitivlik, dəniz nəqliyyatı sahəsində sabit dəyərlər üzərində dayanıqlılıq prinsiplərini təcəssüm etdirir. Simvolik olaraq lövbər və xilasetmə dairəsinin qarşılaşdırıldığı emblem özlüyündə etibarlılığın, tarazlılığın, stabilliyin, məqsədyönlülüyün ifadəsidir. Modern və minimalistik xarakter daşıyan loqotip, həmçinin müasir dövrün dizayn tələblərini özündə əks etdirir. Tipoqrafik hissə stilistika baxımından axıcılığı ilə loqotipi tamamlayır.

Tural





 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Rusiyada Zelenskinin çəkildiyi serialın efir yayımı dayandırıldı
12.12.2019
İçərisində bir tondan çox kokain olan sualtı qayıq saxlanılıb
12.12.2019
Tibb bacısı yeni doğulan körpəni oğurladı
11.12.2019
Azərbaycanda qadınlar kişilərdən çox yaşayır
11.12.2019
Jurnalistin sualından qaçan Baş nazir soyuducuda gizləndi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 “Müsəlmanlar elə zəkatlarını versələr, İslam ölkələrində kasıb qalmaz“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info