Ermənistanda müəllimlər də işsizlər cərgəsinə qoşulublar
Tarix: 22.10.2019 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


“ArmenianReport”: “Təhsil İnstitutunun 400-dən çox əməkdaşı hazırda kədərli işsizlik taleyini yaşayır”

«Vaxtilə Paşinyanın bizim üçün həll edəcəyinə vəd verdiyi əsas problemlərdən biri də işsizlik problemi idi. Həmin ərəfədə Paşinyanla meydanlarda olanlar onun təntənəli çıxışları zamanı ölkədəki işsizliyi aradan qaldıracağı barədə söylədiklərini xatırlamış olarlar. Lakin bu gün Statistika Komitəsinin ona ötürdüyü yanlış rəqəmlərlə təkcə özünü yox, həm də erməni xalqını aldatmağa çalışır.
Məsələn, Paşinyan və onun təyinatı altında işləyən Statistika Komitəsi bizi, son bir il yarım ərzində Ermənistanda işsizliyin 7 faizə qədər azaldığına əmin etmək istəyirlər. Təəccüblüdür ki, onlar bu azalmanı ölkədə “10 mindən artıq iş yerinin açılması” ilə əlaqələndirirlər. Əlbəttə, biz əgər xaricdə yaşasaydıq, bunu haradasa erməni gerçəkliyi kimi qəbul edə bilərdik. Amma Paşinyan unudur ki, biz onunla bir ölkədə yaşayırıq və ölkədə baş verən bütün hadisələrin şahidiyik. Bu gün baş nazirin dediklərindən fərqli olaraq, ölkədə heç bir işsizliyin azaldığı barədə danışıla bilməz, əksinə, hazırda ölkədə işsizlərin sayının durmadan artdığı müşahidə edilməkdədir. Axı miqrasiyanın davam etdiyi Ermənistan kimi bir ölkədə bu, belə olmamalıdır. Əmək qabiliyyəti olan ermənilərin əksəriyyəti iş üçün, qayıtmamaq şərti ilə, xaricə gedir. Bununla belə, yenə də ölkədəki işsizlik səviyyəsində artım müşahidə edilməkdədir».
Bu yaxınlarda, xaricdə yaşayan ermənilərə müraciət edib onları Ermənistana dəvət edən Paşinyanın çağırışı yenə də cavabsız qaldı. «ArmenianReport» saytı yazır ki, bir müddət bundan əvvəl Ermənistana qayıdıb iş qurmaq istəyən bəzi erməni iş adamları ölkənin əmək bazarındakı vəziyyəti görüb, arxaya baxmadan qaçdılar. Bu gün Ermənistandan kənarda məskunlaşmış potensial köçkünlər erməni vətəndaşlığını əldə etmək üçün o qədər də maraqlı deyillər. Buna baxmayaraq, Paşinyanın dediklərinə cavab olaraq, ölkədəki işsizlər ordusu artmaqda davam edir.
Saytın yazdığına görə, bu gün ölkədəki müəllimlər aarsında da işsizlik artmaqdadır. Belə ki, bu ilin yayında ölkə rəhbəri tərəfindən ləğv edilmiş Milli Təhsil İnstitutunun 400-dən çox əməkdaşı da hazırda kədərli işsizlik taleyini yaşamaqdadır: «Bəli, bu yay ləğv edilən Milli Təhsil İnstitutunun 400-dən artıq əməkdaşının sonrakı taleyi ilə indiyə qədər, nə ölkənin Təhsil Nazirliyi, nə də onları işsiz qoyan Nikolun özü belə maraqlanmayıb. Ötən həftənin sonunda Təhsil Nazirliyinin qarşısında aksiya keçirən təhsil işçiləri hələ ki, konkret heç bir şey əldə etməyiblər».
Sayt təhsil işçilərinin aksiya keçirdiyi ərəfədə İrəvanda «Hər kəs üçün təhsil» illik konfransına qatılan Paşinyanın hərəkətini gülməli haldan daha çox, faciə kimi dəyərləndirir. «Böyük demokratik islahatlar yolunda olduğumuz üçün ən vacib vəzifə təhsildə maneələrin olmamasını təmin etməkdir». Maraqlıdır ki, bu fikirləri Paşinyan həmin konfransda səsləndirib. Amma sual olunur, 400-dən artıq təhsil işçisini tutduqları vəzifədən uzaqlaşdıran bir dövlət rəhbəri hansı təhsil maneəsinə qarşı olduğundan danışır? Qeyd edilməlidir ki, sayt orta məktəb müəlliminin oğlu olan Nikolu təhsil sahəsinin incəliklərini başa düşən biri kimi görmək istəsə də, lakin yanıldığını etiraf edir: «Ancaq təəssüf ki, biz indiyə qədər bunun yalnız əksini görürük. Bu həm baş nazirin, həm də bütün hökumətin populist xarakterini bir daha sübut edir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info