“Lalə Şövkətlə Əli Kərimli bir azdan bir-birilərinə qarşı daha aqressiv davranacaqlar”
Tarix: 04.09.2013 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Mais Səfərli: “Milli şura” adlı batan gəmidən daha tez qaçmaq üçün yarışa giriblər”

Son günlərdə baş verənlər göstərdi ki, ənənəvi müxalifətin seçkilərlə bağlı ortaya çıxardığı “milli şura”nın deqradasiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Belə ki, əvvəllər bu quruma yedək kimi qoşulan qruplar qurumdakı autsayder vəziyyətlərindən narazı qalıb oranı tərk edirdilərsə, indi artıq “milli şura”nın qurucuları olan əsas partiya və şəxslər də qurumu boykota başlayıblar. Belə ki, əvvəllər “milli şura” “fədai”si kimi çıxış edən El hərəkatının sədri Eldar Namazov, ACP lideri Rəsul Quliyev, eləcə də KXCP sədri Mirmahmud Mirəlioğlu faktiki olaraq “milli şura”dan çıxmaqdadırlar. Onlar “milli şura”nın sessiyalarını bütün tərəfdarları ilə birlikdə boykot edirlər. Son sessiyanı isə ALP boykot edib. “Milli şura”nın dünənki sessiyasında Liberal Partiyasının sədri Əvəz Temirxan və ALP üzvləri qurumun sessiyasına qatılmayıb. Bildirilir ki, ALP üzvlərinin “milli şura”nın sessiyasını boykot etməsinə AXCP sədri Əli Kərimli səbəb olub.

“Bir azdan Əli Kərimli ilə İsa Qəmbər və sair tərəflər arasında da bu cür kompromat savaşları başlayacaq və mərəkə qopacaq”

Belə ki, əvvəlcədən razılaşdırılmış qaydalara görə, hər sessiyaya bir partiyanın rəhbəri sədrlik etməli idi. Bu sıralama ilə isə Cəmil Həsənlinin vahid namizəd elan edildiyi 23 avqust sessiyasına sədrlik etmək növbəsi ALP sədrinin olub. Lakin AXCP sədri Əli Kərimli həmin vaxt bu məsələyə etiraz edərək, sessiyanın kifayət qədər ciddi olduğunu, C.Həsənlinin yeni vahid namizəd elan olunacağını nəzərə alaraq, iclasa müxalifətdə daha ağır çəkili bir partiya rəhbərinin sədrlik etməsinin doğru olduğunu bildirib. Ona görə də 23 avqust sessiyasına Müsavat başqanı İsa Qəmbər sədrlik edib. ALP Əli Kərimlinin bu təşəbbüsünə etiraz etsə də, sonda vəziyyətlə barışmalı olub. Hətta dünənki sessiyada da sədrlik növbəsi Ə.Temirxanın olsa da, sessiyaya 1 saat qalmış məlum olub ki, ALP-nin sədrliyi yenə alınmayacaq. Bu isə ALP-nin sessiyasını boykot qərarı verməsinə səbəb olub.
Qeyd etmək lazımdır ki, ALP-yə və onun lideri Lalə Şövkətə qarşı Əli Kərimli tərəfindən yaradılan əngəllər təsadüfi və birinci dəfə deyil. Xatırladaq ki, bu iki ənənəvi müxalifət başçısı arasında köhnə umu-küsülər, kəskin ziddiyyətlər və ədavət var. Hələ 2005-ci il seçkilərindən əvvəl də bu iki şəxsin bir qurumda təmsil olunmasına həmin kəskin ziddiyyətlər və ədavətlər mane olmuşdu. Vaxtilə Əli Kərimli nəzarətində olan qəzet vasitəsilə Lalə Şövkətə qarşı ittihamedici və aşağılayıcı yazılar yazdırır, qara piar kampaniyası aparırdı. Lalə Şövkətsə buna görə Kərimlini nəzərdə tutaraq bildirmişdi: “Hər şalvar geyinən kişi olmur”. Bu ziddiyyətlər təbii ki, bir müddət latent formada getsə də, hazırda “milli şura”nın sürətlə süquta uğraması fonunda yenidən üzə çıxır.
“Palitra”ya bu barədə fikirlərini bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli qeyd etdi ki, əvvəlcədən bəlli idi ki, “milli şura” nə müxalifətə, nə də cəmiyyətə heç nə verməyəcək. Çünki birincisi, “milli şura”nı yaradan şəxslər cəmiyyətdə nüfuzu və dəstəyi olmayan, tanınmayan və yaxud adları nəhs məsələlərdə hallananlar idi. Bu da onu təmin etdi ki, “milli şura” cəmiyyət tərəfindən dəstəklənməsin. Sonrakı proseslər də bunu açıq göstərdi. İndi isə uğursuzluqlardan yoğrulan “milli şura”nı tərk edənlərin sayı durmadan artır. Orada faktiki olaraq hələki Müsavat və AXCP qalıb. Bu isə faktiki o deməkdir ki, “milli şura” əslində elə “ictimai palata”nın başqa bir adıdır. Yəni orada elə bu “ictimai palata”da bir-birini didən iki qurum qaldı. Bunun da səbəbi “milli şura”ya daxil olan qurumlar arasındakı köhnə ziddiyyətlərlə bağlıdır. Bu ziddiyyətlər hələ aradan qalxmayıb. Ən başlıcası isə həmin quruma daxil olan təşkilatların başçıları artıq dərk edirlər ki, “milli şura”da heç bir perspektiv yoxdur. Əvvəlcə düşərgədə çoxları növbəyə düzülüb “milli şura”ya yazılırdılar. Elə bilirdilər ki, guya hakimiyyətə gələcəklər. Düşünürdülər ki, pay alacaqlar. Artıq Rüstəm İbrahimbəyovun oyunlarının paxırı açıldı, alternativ namizədin məcburi irəli sürülməsi və sair onlara göstərdi ki, “milli şura” siyasi səhnədən çıxmaqdadır. Ona görə də “milli şura” adlı batan gəmidən daha tez qaçmaqla bağlı yarışa giriblər. Mən hesab edirəm ki, onlar çox gözəl dərk edirlər ki, “milli şura”nın havası çoxdan çalınıb. Orada qalmağı daha vaxt itkisi hesab edirlər. Ona görə də sessiyalarını boykot edirlər”.

“Onların hər biri partiyadaşları qarşısında uğursuzluğa görə hesabat verməlidir. Bu hesabatda heç biri özlərini doğrulda bilməyəcək, ona görə də bəhanə rəqib başçının hər şeydə günahkar olmasını, xəyanətkarlığını sübut etməyə girişməkdə qalır”

Lalə Şövkətlə Əli Kərimlinin bir azdan bir-birilərinə qarşı daha sərt və aqressiv davranacaqları da gözləniləndir. Bunu deyən M.Səfərli düşünür ki, bir azdan Əli Kərimli ilə İsa Qəmbər və sair tərəflər arasında da bu cür kompromat savaşları başlayacaq və mərəkə qopacaq: “Onlar bir azdan daha amansız davalaşacaqlar. Seçki uğursuzluğu onları bir-birinə salışdıracaq. Onların hər biri partiyadaşları qarşısında uğursuzluğa görə hesabat verməlidir. Bu hesabatda heç biri özlərini doğrulda bilməyəcək, ona görə də bəhanə rəqib başçının hər şeydə günahkar olmasını, xəyanətkarlığını sübut etməyə girişməkdə qalır”.
Müxalifətin uğursuzluqlarının əsl səbəbləri isə M.Səfərlinin fikrincə, bu cür didişmələr və intriqalardan əlavə, müxalif başçıların yeni dövrdə siyasi fəaliyyətlə məşğul olmaq üçün təfəkkür və beyin baxımından yararsız olduqları, cəmiyyətə yeni mesajlar ötürə bilməməsi, yalançı olmaları, siyasi liderlik keyfiyyətlərinə malik olmamaları və sairdir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info