Türkiyə Suriyada hərbi əməliyyatın dayandırıldığını elan edib
Tarix: 23.10.2019 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalında aparılan “Sülh çeşməsi” əməliyyatının dayandırıldığını bildirib. Anadolu Agentliyi xəbər verir ki, bununla yanaşı, Çavuşoğlu əməliyyatın bitmədiyini və lazım gələrsə ordunun terrorçulara zərbə vurmağa hazır olduğunu qeyd edib. “Əgər terrorçular peyda olsa, ordumuz onlarla döyüşəcək. Silah, mina və tələlər qalıb – onları təmizləmək lazımdır. Hələ görüləcək çox işlər var. Bu səbəbdən meydanda qalacağıq”, - deyə Xarici İşlər naziri agentliyə müsahibəsində bildirib. Qeyd edək ki, oktyabrın 22-də Ankara və Moskva arasında memorandum imzalanıb. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçi şəhərində altı saatlıq danışıqların yekununda Suriya Ərəb Respublikasının vahidliyinin və ərazi bütövlüyünün, Türkiyənin milli təhlükəsizliyinin tərəfdarı olduqlarını təsdiqləyib, həmçinin Ədən sazişini dəstəklədiklərini bildiriblər. Sənədə əsasən, Tell-Abyad və Ras-əl-Ayn şəhərləri arasında hazırkı əməliyyat rayonunda 32 kilometr dərinlikdə status-kvo vəziyyəti saxlanılır. Oktyabrın 23-ü günortadan başlayaraq Türkiyənin keçirdiyi əməliyyat xaricindəki zonaya Bəşər Əsədə sadiq qüvvələr və Rusiyanın hərbi polisi daxil olur. Onlar 150 saat ərzində Suriyadakı kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə dəstək verir. Bundan sonra Qamışlı şəhəri istisna olmaqla sərhəddən on kilometr dərinlikdə “Sülh çeşməsi” əməliyyatı rayonunun qərbində və şərqində Türkiyə və Rusiya hərbçilərinin birgə patrulu başlayır. Eyni zamanda, kürd silahlıları Mənbic və Tell-Rifat şəhərlərindən çıxarılır. Həmçinin memorandumun şərtlərinə əsasən, Ankara və Moskva terrorçuların Suriya-Türkiyə sərhədini keçməsinin qarşısını almaq üçün tədbirlər görəcək və qaçqınların könüllü olaraq geri qaytarılmasını təşkil edəcək. Bundan başqa, Türkiyə və Rusiya Suriya üzrə memorandumun icrasını müşahidə edəcək birgə mexanizmin qurulması barədə də razılığa gəlib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info