“AGAT-ın hədəflərini inkişaf etdirəcəm”
Tarix: 24.10.2019 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


Məryam Tağıyeva-Zeynalova: “Biz istəyirik ki, gənclər müasir dövrün çağırışlarına cavab versin, İKT sahəsində biliklərini möhkəmləndirsin, onların beynəlxalq arenaya çıxışı mütəmadi xarakter alsın”

Xəbər verildiyi kimi, bugünlərdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) növbəti Ümumi Yığıncağında Məryam Tağıyeva-Zeynalova quruma yeni sədr seçilib. Məryam Tağıyeva-Zeynalova AGAT-ın yeni hədəfləri ilə bağlı “Palitra”ya müsahibə verib. Xatırladaq ki, AGAT-ın yeni siması Məryam Tağıyeva - Zeynalova 2010-2014-cü illərdə Bakı Dovlət Universitinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. Magistratura təhsilini Brianiyanın Uorvik Universitində davam etdirib. Ali məktəbin Siyasi Beynəlxalq Tədqiqatlar fakültəsinin məzunudur. 2012-ci ildən AGAT-ın üzvüdür. Təşkilatın Beynəlxalq Gənc Siyasətçilər Məktəbinin layihə koordinatoru olub, 10-dan çox Avropa ölkəsində Azərbaycanı layiqincə təmsil edib.

- AGAT bir çox gənclər üçün, bir növ, ictimai fəaliyyət məktəbi rolunu oynayıb. Yəqin ki, siz də elə bu məktəbin nümayəndəsisiniz...

-Əlbəttə! AGAT-a 2011-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin I kurs tələbəsi olaraq gəlmişəm. Məktəb illərindən bəri daim sosial cəhətdən fəal olmuşam, ictimaiyyətin xeyri naminə öz fəaliyyətimin gerçəkləşməsi məqsədilə müvafiq platformanın axtarışında olmuşam. Gülsel Səfərovanın sədrliyi dövründə AGAT-ı tapdım. 1 ay keçmədən anladım ki, mənim axtardığım gənclər platforması elə bu imiş. 2012-ci ildən bəri təşkilatın fəal üzvü olmaqla, Gülsel Səfərovanın təcrübəsi və peşəkarlığı sayəsində və onun rəhbərliyi ilə Azərbaycanı yerli və xarici layihələrdə təmsil etməklə və həmin layihələri koordinasiya etməklə əvəzolunmaz təcrübə qazandım və gələcək karyeramı məhz bu cür müəyyənləşdirə bildim. 2014-cü ildə Böyük Britaniyadakı Uorvik Universitetinin Siyasət və beynəlxalq münasibətlər fakültəsinə daxil olmuş və həmin universitetdə riyazi vasitələrin siyasi məsələlərdə istifadəsi ilə bağlı araşdırmalar aparmışam. Magistratura pilləsini bitirdikdən sonra Böyük Britaniyanın elmi-tədqiqat mərkəzində analitik vəzifədə işləmiş və qeyri-maddi dəyərlərin müxtəlif cəmiyyətlərə olan təsirini tədqiq etmişəm. 2016-cı ildə texnologiya sektoruna qayıdıb, qeyri-maddi dəyərlərin rəqəmsallaşdırılması və blokçeyn reyestrinin köməkliyi ilə həm maddi, həm də qeyri-maddi dəyərlərin onlayn köçürülməsi imkanlarını araşdırmışam. Bu günədək texnoloji sahədə fəaliyyət göstərirəm, məqalələrim isə mütəmadi olaraq elmi və elmi-kütləvi jurnallarda dərc edilir. Artıq həmin ildə AGAT-da fəallığı, kreativliyi ilə seçilən Nərgiz Xələf sədr seçilmişdi. Çalışırdım ki, imkanın çərçivəsində AGAT-ın fəaliyyətində və gənclərin inkişafı istiqamətində yaxından iştirak edim. Bu proses AGAT-a doğma olan Lalə Mehdiyevanın sədrliyi dövründə də davam etdi.

- AGAT rəhbərliyi hər zaman xaricdə keçirilən əksər beynəlxalq tədbirlərdə aktiv şəkildə Azərbaycanı təmsil edib. Bu, AGAT-çıların, demək olar ki, əsas missiyasıdır. Bu gün xaricdəki tədbirlərdə ölkəmizi layiqli təmsil edəcək gənclər ordusunun yaradılması və informasiya müharibəsində mübarizə aparacaq gənclərin formalaşması üçün AGAT tərəfindən hər hansı kursların keçirilməsi nə dərəcədə mümkündür?

-Düşünürəm ki, uğur qazanmağın əsas amillərindən biri xarici dil bilikləridir. Hazırda AGAT-da Etika Akademiyası fəaliyyət göstərir. Onun rəhbəri bu sahədə ilkə imza atan Günel İbrahimdir. Burada biz müntəzəm olaraq həm dil, həm də müxtəlif peşəkar kurslar təşkil edirik. Üstəlik, kurslar üçün akkreditasiya xarici qurumlardan keçir. Məsələn, hal-hazırda Akademiyada Maliyyə Meneceri İnstitutunun (Institute of Certified Financial Managers) insan resursları (HR) diplomunu əldə edə bilərsiniz. Yaxın gələcəkdə isə yeni texnologiya kurslarının başlanması planlaşdırılır. Biz istəyirik ki, gənclər müasir dövrün çağırışlarına cavab versinlər, İKT sahəsində biliklərini möhkəmləndirsinlər, gənclərin beynəlxalq arenaya çıxışı mütəmadi xarakter alsın. Çünki bu həm də dövlət gənclər siyasətinin tərkib hissəsidir.

- Rəhbər olaraq, AGAT üçün nə kimi yeni hədəflər müəyyən edəcəksiniz?

-Təşkilatımızın əsas məqsədi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinə dəstək olmaqdır. İkinci məqsədimiz Avropa ölkələri ilə əməkdaşlıq, qarşılıqlı faydalı təcrübə, bilik və mədəniyyət mübadiləsidir. Bizim vəzifəmiz azərbaycanlı və xarici gənclər arasında ikitərəfli dialoqun təşviqi və dəstəklənməsidir. Bu məqsədlə AGAT müxtəlif səfirliklər və beynəlxalq təşkilatlarla mütəmadi olaraq sıx əlaqələr saxlayır, müvafiq tədbirlər təşkil edir. Ayrıca, AGAT hər zaman gənclərin maarifləndirilməsinə, onların inkişafına xüsusi diqqət yetirir. Mən də öz növbəmdə bu hədəfləri inkişaf etdirməyi planlaşdırıram, habelə texnologiya sektorundakı təcrübəmə əsaslanaraq, texniki sahədə bacarıqlı gənclərimizin elmi səylərinin inkişafına təkan verməyə çalışacağam. Azərbaycan dünyaya Lütfizadə və Landau kimi böyük elm adamlarını bəxş etmiş ölkədir. İnanıram ki, Azərbaycanın gələcək Nobel mükafatçısı məhz AGAT-ın yetirmələrindən biri olacaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”
08.11.2019
Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
07.11.2019
“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
07.11.2019
“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”
04.11.2019
Natiq Əliyev: “Azərbaycanlılar xaricdə çox fəaldırlar”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info